Polşa klubundan Emreliyə xüsusi diqqət - Video

Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
VİDEO 1 Sentyabr 2026 / 19:52 421
-  A +

Polşanın “Rakuv” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı xüsusi paylaşım edib.

QOL.az xəbər verir ki, Çenstoxova təmsilçisi rəsmi Tiktok hesabında 29 yaşlı hücumçunun vurduğu qollardan ibarət video yayımlayıb. 

Görüntülərdə Emrelinin qolları zamanı azarkeşlərin tribunalarda keçirdiyi emosiyalar da əks olunub.

Klub videonu polyak dilində “BOŻE WEŹ STRES…” (“İlahi, bu nə stressdir…”) sözləri ilə paylaşıb.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Rakuv”un heyətində 10 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner