Ukraynanın Donetsk şəhərinin məşhur “Donbass Arena” stadionunda peşəkar boksçular arasında növbəti döyüşlər keçirilib.
Qol.Az-ın məlumatına görə, WBA versiyası üzrə dünya kəməri və reytinq xarakterli döyüşlərin baş tutduğu boks şousunun fəxri qonaqları arasında ağır çəkili boksçular arasında keçmiş mütləq dünya çempionu Lennoks Lüis, “Union Boxing Promotion” kompaniyasının prezidenti Yuri Ruban, eləcə də azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov və s. da olublar.
Döyüşlərdən əvvəl F.Məmmədovla “Union Boxing Promotion” kompaniyasının prezidenti Yuri Ruban arasında görüş keçirilib. Görüşdə F.Məmmədovun oktyabrın 26-da Londonda keçirilməsi nəzərdə tutulan WBO versiyası üzrə reytinq xarakterli döyüşünə hazırlıq məsələsi müzakirə olunub. Görüşün sonunda F.Məmmədov qarşıdakı döyüşə sentyabrın 23-dən oktyabrın 21-dək dünya çempionu Vyaçeclas Sençenko ilə birgə hazırlaşması qərara alınıb.
Qeyd edək ki, V.Sençenko WBA versiyası üzrə dördqat dünya çempionudur.
Y.Rubanın fikrincə, birgə hazırlıq hər iki boksçu üçün müsbət fayda verəcək.
Yeri gəlmişkən, sentyabrın 21-də F.Məmmədovun Xarkov şəhərində də reytinq xarakterli döyüşü nəzərdə tutulub.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə