Hyundai Elantra-nı yenilədi

Hyundai Elantra-nı yenilədi
XƏBƏR 26 Avqust 2013 / 12:05 2686
-  A +

Hyundai yenilənmiş Elantranı ilk dəfə Koreya bazarına təqdim etdi. Bununla Hyundai dünyada ən rəqabətli seqmentdə mövqeyini daha da gücləndirmək istədiyini bildirdi. Yeni Elantra yenilənmiş dizayn və xüsusiyyətlərlə təqdim olunur. Dizel yanacağının Koreyada populyarlığını nəzərə alaraq, bu ölkə üçün modelin 1.6 dizel mühərriki ilə versiyası da buraxılıb.
 
Koreyalıların Avante kimi tanıdığı Elantra əvvəlkindən 20 mm uzundur. Ön və arxa bamperlər 5 və 15 mm genişləndirilib və avtomobilə daha dayanıqlı görünüş verir. Radiator toru, duman əleyhinə faralar, LED və proyeksiya işıqları yüksək texnoloji görünüşü təmin edir. Yandan baxdıqda, 17 düymlük ikiçalarlı lehimli disklər və xrom haşiyə Elantra-nın premium imicini vurğulayır. Qara, 2 çalarlı arxa bamper, LED kombinasiya faraları bir-biri ilə mükəmməl uyğunlaşıb.
 
Avtomobilin içərisi Elantra sahiblərindən alınan rəylər əsasında yenilənib. Yenilənmə daha çox istifadəyə yararlılıq prinsipinə əsaslanıb: mərkəzi havalandırma yuxarı sürüşdürülüb, on dirsəkaltı yuxarı qalxıb, arxa oturacaqlar üçün havalandırma, 3.5 düymlük OLED ekran, ventilyasiyalı oturacaqlar yeniliklərə nümunədir. Elantra Cəld Parkinqə Yardım Sistemi (SPAS – Smart Parking Assist System) ilə təchiz olunub.
 
Elantra-nın ilk nəsli 1990-cı ildə buraxılıb. Hyundai-ın ən çox satılan kompakt avtomobili sayılır. Buraxıldığı vaxtdan indiyədək  dünya üzrə 8.77 milyondan çox Elantra satılıb.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq