Bakıda Olimpiya stadionunu tikintisi 2015-ci ilin fevral ayının sonuna yekunlaşdırılacaq. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş Ofisinin regional sosial layihələrin təminatı şöbəsinin böyük mühəndisi Tural Ramazanov bildirib.
Onun sözlərinə görə, hazırda işlər plan üzrə aparılır, plandan geriqalma yoxdur.
Ramazanov tikintinin gedişi və istifadə olunan materiallar barədə ətraflı məlumat verib: "Olimpiya stadionunun torpaq işlərinə ötən ilin noyabr ayında başlanılıb. Hal-hazırda bu işlər 90 faizədək yekunlaşıb, 6,5 milyon kubmetr torpaq işi görülüb. Stadionda hazırda dəmir-beton işləri görülür. Stadion 4 zonadan ibarət olaraq planlaşdırılır- burada altımərtəbəli tribunalardan ibarət 2 hündür, üçmərtəbəli tribunalardan ibarət 2 alçaq zona olacaq. Hündür zonaların birində 3-cü mərtəbənin, digərində 2-ci mərtəbənin, alçaq zonaların isə birində 1-ci mərtəbənin, digərində 2-ci mərtəbənin beton işləri davam edir. Stadion bütöv plitə halında bünövrnə üzərində yerləşdirilir. Bünövrənin altında 1720 ədəd yerində qazma svaylar vurulub və bünövrənin tikintisi tamamilə yekunlaşdırılıb. Ümumilikdə, 350 min kubmetr beton işlənilməsi nəzərdə tutulub ki, bunun da 235 min kubmetri artıq sərf olunub. Tikintidə 52,5 min ton armatur istifadə olunacaq ki, onun 41 min tonu artıq istifadə olunub. Tribunaların altı, yan fasadı və damı polad konstruksiyadan ibarət olacaq və burada 19 min ton poladdan istifadə olunacaq. Sahədə 300-ə yaxın maşın-mexanizm işləyir - 9 qüllə kranı, 10 yaxın məsafəli kran və s. Kranların ən böyüyü 1200 tonluqdur ki, bundan regionda yoxdur, sifariş olunub, hazırda Almaniyadan gətirilir".
T. Ramazanov qeyd edib ki, sifarişçisi Gənclər və İdman Nazirliyi olan Olimpiya stadionu çox sürətli layihədir. O bildirib ki, hazırda işlərin pik vaxtıdır - burada 2200 nəfərlik heyət fəaliyyət göstərir və işçiləri sayı yaxın 2 ayda 2500-2600-dək artacaq. ARDNŞ-in böyük mühəndisi deyib ki, stadionun sahəsinə giriş 4 qapıdan, tribunalara isə 26 qapıdan giriş olacaq. Avtomobil dayanacağı barədə danışan T.Ramazanov bildirib ki, olimpiya normativlərinə görə insanların daha çox stadiona piyada, ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub və 3500-4000 maşınlıq dayanacaq yeri inşa olunur. O vurğulayıb ki, Olimpiya stadionu 68 700 tamaşaçı tutumuna malik olacaq.
Stadiona yaxın ərazidə yollarda aparılan təmir işləri ilə bağlı bəzi sakinlərin narazılığına münasibət bildirən Ramazanov deyib ki, ARDNŞ tikinti işlərinə ötən ilin noyabr ayında başlayıb və şirkət tərəfindən heç kimin həyətində söküntü aparılmayıb: "Bura ARDNŞ-ə stadion tikmək üçün ayrılan sahədir. Biz yalnız stadionun tikintisi ilə məşğuluq. Yollardakı tikinti isə stadiona giriş üçün yox, Həsən Əliyev prospektinin Heydər Əliyev prospekti ilə birləşdirilməsi, Koroğlu qovşağı və Sabunçu qovşağının yenidən qurulması planına uyğun aparılır. Bu işi tamamilə başqa bir qurum- "Azəryolservis" həyata keçirir".
T.Ramazanov, həmçinin "Tekfen" şirkətinin guya ARDNŞ-ə məxsus olması və əsas podradçı kimi çıxış etməsi haqqında bəzi KİV-də gedən məlumatlara da münasibət bildirib: "ARDNŞ "Tekfen"lə əməkdaşlıq edir, amma bu şirkətin guya ARDNŞ-ə məxsus olması barədə deyilənlər tamamilə əsassızdır. "Tekfen" 3-4 il bundan əvvəl satışa çıxarılmışdı, ARDNŞ ondan pay almaq planlaşdırırdı, amma sonradan bu satış reallaşmadı. "Tekfen" Türkiyə birjasında açıq şəkildə iştirak edən şirkətdir, onun saytını açılıb baxmaqla bilmək olar ki, orada pay sahibləri kimlərdir".
Mənbə: Trend.az
Yuxarı
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı