Bülənt Qorxmaz İstanbul klubundan getdi

Bülənt Qorxmaz İstanbul klubundan getdi
DÜNYA FUTBOLU 31 May 2013 / 16:21 2454
-  A +

Ötən mövsüm Türkiyə Superliqasını 16-cı pillədə bitirməklə aşağı diviziona yuvarlanan "İstanbul BB" klubu baş məşqçisi Bülənt Qorxmazla yollarını ayırıb.

Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə klub rəhbərliyi rəsmi açıqlama verib.

Açıqlama deyilir: "Yeni mövsümün planları çərçivəsində baş məşqçi Bülənt Qorxmazla qarşılıqlı şəkildə yollarımızı ayırmağı qərar aldıq. Ona komanda üçün göstədiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, Qorxmaz 2009-2010-cu illərdə "Bakı" klubunu çalışdırıb.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi