“Neftçi” klubunun kapitanı Rəşad Sadiqov Azərbaycan kubokunun “Xəzər Lənkəran”a qarşı keçirilən final qarşılaşmasından sonra Qol.Az saytına müsahibə verib
- Penaltilər seriyasında komandana qələbə gətirən qolu vurdun. Bununla da “Neftçi” “qızıl dubl” etdi. Nə hisslər keçirirsən?
- Açığı, həlledici qolu vurduğum üçün ikiqat sevincliyəm. Kuboku qazanmağı qarşımıza ciddi məqsəd qoymuşduq. Bu mövsüm bizim üçün çox uğurlu oldu. Çempionlar Liqasına vəsiqəni təmin etdik, həm də, çempionluq və kuboku qazandıq. Bu, böyük nailliyətdir. Çalışacağıq ki, Çempionlar Liqasında bunun davamını gətirək.
- Qapıçınız Saşa Stamenkoviçin rəqib oyunçular penalti zərbələrini yerinə yetirərkən onlara qarşı psixoloji təsir göstərməsinə münasibətin necədir?
- Saşa oyunçunun psixologiyasını pozmağa çalışırdı. Buna da nail oldu. Rəqib penaltinin birini vura bilmədi. Yadınızdadırsa, “Liverpul”la “Milan” Çempionlar Liqasının finalında penaltilər seriyası oldu. “Liverpul”un qapıçısı Dudek də rəqib futbolçuların başına oyun açdı. Qapıda sağa-sola qaçaraq rəqibə psixoloji təsir göstərdi və qalib gəldilər. Hamı bilir ki, qapıçılarda bir az artistlik olmalıdır.
- Belə hərəkətə haqq qazandırırsan?
- Mən heç vaxt elə hərəkət etmərəm. Öz adıma yaraşdırmaram. Adicə öz qapıçımız oyunu ləngidəndə üstünə qışqırıram. Elə şeyləri xoşlamıram. Sadəcə, onun da xarakteri elədir.
- Kapitan kimi ona iradını bildirdin?
- Yox. Hələ heç nə deməmişəm. Amma bu haqda onunla danışacağam. Dediyim kimi, futbolçuda bir az artistlik olmalıdır. Amma Saşa artistlikdən qırağa çıxdı.
- “Qarabağ”ın heyətində olanda məhz kubok oyununun yarımfinal qarşılaşmasında “Bakı”nın qapısına penaltini vura bilməmişdin. Bu baxımdan həyacan var idi?
- Həmin oyunda çox həyacanlı idim. Ancaq bu dəfə ilk heç bir həyacan olmadı. Həyatımda ilk dəfə idi ki, topa belə sərbəst yaxınlaşdım. Elə buna görə də, dəqiq yerinə yetirdim.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi