Hafiz Məmmədov: “Bakı”nın yeni baş məşqçisi ispan ola bilər”

Hafiz Məmmədov: “Bakı”nın yeni baş məşqçisi ispan ola bilər”
ÖLKƏ FUTBOLU 29 May 2013 / 13:16 3372
-  A +

“Bakı”nın yeni baş məşqçisi ispaniyalı ola bilər. Bu haqda Qol.Az saytına paytaxt klubunun prezidenti Hafiz Məmmədov məlumat verib.

O, tezliklə klubda islahatlar olacağını deyib. H.Məmmədovun sözlərinə görə, “Bakı”nı 1996-cı ildə Madrid “Atletiko”su ilə futbolçu İspaniya çempionu olmuş, hazırda məşqçi kimi fəaliyyət göstərən üç mütəxəssisdən biri çalışdırması mümkündür: “Onlar bir vaxtlar “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə birgə oynayıblar. Bİzə üç namizəd təklif olunub”.

H.Məmmədov təyinatın yaxın vaxtlarda reallaşa biləcəyini söyləyib.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner