“Xəzər Lənkəran” etiraz edib mükafatlandırmaya gəlmək istəmədi

“Xəzər Lənkəran” etiraz edib mükafatlandırmaya gəlmək istəmədi
ÖLKƏ FUTBOLU 28 May 2013 / 23:18 4970
-  A +

Azərbaycan kubokunun finalçısı “Xəzər Lənkəran” bu gün keçirilən mükafatlandırma mərasiminə qatılmaq istəməyib. Qol.Az-ın məlumatına görə, qaydalara əsasən, ilk əvvəl mükafatı məğlub komandanın üzvləri almalı idi. Lakin səhnəyə birinci “Neftçi”nin futbolçu və məşqçiləri çıxıb.

Bu hadisə mükafatları təqdim edən AFFA prezidenti Rövnəq Abdullayev və PFL prezidenti Ramin Musayevin məyusluğuna səbəb olub.

“Neftçi” mükafatları aldıqdan sonra “Xəzər Lənkəran” bir daha səhnəyə dəvət olunub. Bu dəfə isə Cənub klubunun üzvləri mükafatlarını almağa gəliblər. Yalnlz bundan sonra ölkə kuboku “Neftçi”yə təqdim olunub.

Qeyd edək ki, “XL”in ilk əvvəl mükafatlandırmaya qatılmaqdam intima etməsinə oyundan sonra futbolçular araslnda yaranmış insident səbəb olub.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi