Rəşad Sadiqov: "Xəzər Lənkəran" hər bir rəqibi məğlub etmək gücündədir"

Rəşad Sadiqov: "Xəzər Lənkəran" hər bir rəqibi məğlub etmək gücündədir"
ÖLKƏ FUTBOLU 28 May 2013 / 00:01 3019
-  A +

“Komandamızın durumu hərtərəfli yaxşıdır. Əhval ruhiyyə yüksək səviyyədədir. Ancaq kubok qarşılaşması tam fərqli bir oyundur. Nə qədər çətin oyun olsa da, “Xəzər Lənkəran” kimi komanda ilə finalda qarşılaşmaq çox xoş olacaq. İlk dəfədir ki, “Xəzər Lənkəran”la finalda oynayırıq”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov ölkə kubokunun final qarşılaşmasında bu gün “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Təcrübəli futbolçu “qızıl dubl” etmək istədikərini bildirib: “Çempionluğu artııq qeyd etmişik. Ancaq bununla kifayətlənmək istəmirik. Çox yaxşı olardı ki, kuboku da qazanaraq, “qızıl dubl” edək. Bunun üçün də tam motivasiya olunmuşuq”.

R.Sadiqov rəqib “Xəzər Lənkəran” haqqında da danışıb: “Neçə vaxtdır ki, azarkeşlər “Böyük oyun”u gözləyir.  Sadəcə öz səhlənkarlıqları üzündən “Xəzər Lənkəran” ilk “altılığ”a düşə bilmədi. Ancaq bu onların zəif olması demək deyil. Bilirik ki, onlar son vaxtlar bütün oyunlarda güclərini kubokun final oyununa saxlayırdı. “Xəzər Lənkəran” öz gücünə finala çıxıb. Biz onları çox ciddi rəqib hesab edirik. Hər bir rəqibi məğlub edəcək gücdədirlər. Həm də kubokun finalı bir oyundan ibarətdir. Çalışacağıq ki, əlimizdən gələni edək ki, azarkeşlərimizi sevindirək”.
 

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi