Mayın 28-də baş tutacaq Azərbaycan kubokunun final oyunu ərəfəsində “Xəzər Lənkəran”ın baş Con Toşak bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın apasport.az saytına istinadən yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər qarşısına çıxan uelsli mütəxəssis Azərbaycan kuboku uğrunda “Neftçi” ilə sabahkı final oyunu haqda fikirlərini bildirib.
- İlk öncə onu qeyd edim ki, sabah Azərbaycan çempionuna qarşı oynayacağıq. Hər şeydən öncə “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. İngiltərədə deyirlər ki, çempionluq yağ və çörəkdir və biz də “Neftçi”ni təbrik edirik. Onlar mövsümdə Azərbaycan ən yaxşı komandası olduğunu sübut etdilər. Çempionat yağ və çörəkdirsə, kubok kremdir. Finala çıxmışıqsa, bu, göstərdiyimiz bir möhtəşəm oyunun sayəsində olub. Bu da “Bakı” ilə Lənkərandakı cavab matçı idi. Belə götürəndə, bu mövsüm “Xəzəe Lənkəran” üçün uğursuz oldu. Çünki çempionatda uğursuz çıxış etdik. Ancaq bu oyuna yaxşı hazırlaşmışıq və meydana qələbə üçün çıxacağıq. Mövsümün son oyununda irəliyə baxırıq. Möhtəşəm azarkeşlərimiz var və onlar üçün əlimizdən gələni etməliyik.
- Siz kubok məşqçisi, həmkarınız Böyükağa Hacıyev isə əcnəbilərin qənimi sayılır...
- Ümid edirəm ki, onunla dueldən sonra sağ qalacağıq. Biz hər şeyi təhlil etmişik və finalda qalib gəlməyə çalışacağıq.
- Kubokun qalibi çempiona qalib gəlsə, bu, nəyin göstəricisi olacaq?
- Belə müqayisələr aparmaq düzgün olmaz. Məsələn, İngiltərədə aşağı diviziona düşən “Uiqan” “Mançester Siti”yə qalib gəlib.
- Lənkəranlı azarkeşləri çempionatdan nəticədən asılı olmayaraq bir şey maraqlandırır: “Neftçi”yə qalib gəlmək...
- Bu, bizim üçün əlavə motivasiyadır. Biz hər bir çətinliyə hazırıq.
- Adrian Pitin vəziyyəti necədir?
- Pit bu oyuna hazır deyil. Ümid edirəm ki, 3 həftə sonra Avroliqaya hazırlaşdığımız zaman Adrian bizim sıralarda olacaq.
- Sizin üçün Superkuboku nə vaxt keçirmək münasibdir?
- Mən deyə bilmərəm ki, bu matç nə vaxt olacaq. Ancaq oyunun iyunun 28-də keçirilməyi yaxşı ideya deyil.
- “Neftçi”nin düşərgəsində deyirlər ki, “Xəzər Lənkəran” bizim hesabımıza Avroliqaya çıxıb. Rəqibin bu atmacasını necə qəbul edirsiniz?
- Səmimi olsaq, “Xəzər Lənkəran” cari mövsümdə çıxışı ilə Avroliqaya vəsiqə qazanmağa layiq deyil. Buna görə də biz “Neftçi”nin çempionluğu hesabına vəsiqə qazandıq. Ancaq finalda qalib gəlib, Avropaya getməyə layiq olduğumuzu göstərmək istəyirik.
- Niyə oyun öncə məşqi səhərə salmısınız?
- Biz son günlərdə belə məşq edirik və bu tarazlığı pozmaq istəmədik.
- Azərbaycan çempionatının səviyyəsi sizi qane edir?
- Çempionatın səviyyəsi, təşkilatçılığı qənaətbəxş sayıram. Ancaq məni bir şey təəccübləndirir: oyunların süni örtüklü meydançalarda keçirilməsi. Bu, karyeramda ilk dəfə olub.
- Siz “Neftçi” ilə ilk dəfə üzləşəcəksiniz. Rəqibdən çəkindiyiniz futbolçu, mövqe var?
- Məni daha çox öz komandamı düşündürür. Hər halda, rəqibi təhlil edəcəyik. Fikrimcə, futbolçular “Neftçi”ni məndən yaxşı tanıyır. Çünki onlar əvvəl bu rəqiblə görüşüb.
- Maraqlıdır, Toşak sabah ölkəmizdə hansı bayramın olduğunu bilir?
- Səhv eləmirəmsə, müstəqillik bayramıdır. Ümid edirəm ki, sabah oyundan sonra bayram Lənkəranda olacaq.
- Oyunu “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov də izləməyə gələcək. Ola bilərmi ki, qələbədən sonra klubun sahibi komandaya daha yaxşı baxdı?
- Biz gələn mövsümə daha yaxşı hazırlaşmalıyıq.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi