Vidadi Rzayev: "Təəssüf ki, qərb bölgəsini futbolsuz qoydular"

Vidadi Rzayev: "Təəssüf ki, qərb bölgəsini futbolsuz qoydular"
ÖLKƏ FUTBOLU 25 May 2013 / 00:30 3391
-  A +

Azərbaycan milli komandasının sabiq futbolçusu Vidadi Rzayevin Qol.Az saytına müsahibəsi

- Geridə qalan futbol mövsümü haqqında fikirlərinizi bilmək istərdik. Çempionatı necə qiymətlədirirsiniz? 

- Çempionat çox maraqlı keçdi. “Neftçi” layiqli çemion oldu. “Qarabağ” və “İnter” də Avrokuboklarda oynamağa layiq idi. Təəssüflər olsun ki, qərb zonasını futbolsuz qoydular. “Kəpəz” və “Turan”ın Premyer Liqanı tərk etməsi çox üzücü oldu. Buna baxmayaraq, AFFA-nın çempionatın yeni formatda keçirilməsi qərarını alqışlayıram. Komandaların sayının 10-a endirilməsi çox gözəl oldu. İndi artıq çempionatımızın səviyyəsi tez bir zamanda qalxacaq. Düzü, bu qərar birinci dəstəyə qarşı hörmətsizlikdir, ancaq gələn mövsümdən birinci divizionda da güclü rəqabət olacaq.

- Sizin oynadığınız illərlə indiki arasında nə kimi fərq var?

- Məncə, inkişaf var. Çünki inkişaf olmasaydı, “Neftçi” Avroliqanın qrup mərhələsinə qədər irəliləyə bilməzdi. İnşallah növbəti illərdə bundan da yaxşı nailiyyətlər əldə olunacaq.

- Avroliaya vəsiqə qazanan komandalarımızdan nə gözləmək olar?

- Dörd komandanın hamısından nəsə gözləmək olar. Ancaq hansının daha yaxşı çıxış edəcəyini demək olmaz. Rəqiblərdən çox şey asılıdır. Ancaq ən azından “Neftçi”nin keçən ilki uğurunu təkrarlamalıdırlar.

- Dört mərhələ keçib qrupa düşmək nə dərəcədə real görünür?

- Əslində çətin görünür. “Neftçi”də keçən il çətinliklə qrupa düşmüşdü. Ancaq inanıram ki, komandalarımızdan Avroliqanın qrup mərhələsinə düşəni olacaq.

- Mövsüm ərzində bəyəndiyiniz futbolçular hansılar oldu. Milli komandamız üçün yetişən futbolçular gördünüz?

- Əfran İsmayılovu və Rauf Əliyevi bəyənirdim. Milli komandamız üçün də faydalı ola bilərdilər. Ancaq təəssüflər olsun ki, son vaxtlar bu futbolçular yaxşı formada deyil. Əfran zədədən sonra formasını yığa bilməyib. Hər iki futbolçu “Bakı”ya getməkdənsə, “Qarabağ”da qalsalar, daha yaxşı olardı. Çünki onlara uyğun komanda “Qarabağ” idi. Mahir Şükürovun, Araz Abdullayevin oyununu da qeyd edə bilərəm. Futbol akademiyaları da fəaliyyət göstərir. Ən azından “Bakı”nın və “Qəbələ”nin akademiyalarında yaxşı futbolçular yetişməkdədir. “Bakı”nın “Atletiko” ilə yoldaşlıq oyununda yaxşı yerli futbolçular gördüm. Bir sözlə, gələcəyə nikbin baxmaq olar.

- Hazırda futboldan uzaqsız. Yenidən futbola qayıtmaq fikriniz var? Keçmiş komandanız “Kəpəz”də işləmək istərdiniz?

- Hələlik “Kəpəz” məsələsi qaranlıq qalır. Bildiyimə görə, qərb bölgəsində futbol üçün böyük layihələr hazırlayırlar. Ancaq təəssüf ki, işlərə bir ildən sonra başlayacaqlar. Əlbəətə ki, “Kəpəz”də işləmək istərdim. Gözləyirik görək nə vaxt sponsor tapılacaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi