“Qalatasaray” – “Fənərbaxça” derbisi Bakıda

“Qalatasaray” – “Fənərbaxça” derbisi Bakıda
ÖLKƏ FUTBOLU 24 May 2013 / 11:36 4246
-  A +

Türkiyə superkubokunun oyunu Bakıda keçirilə bilər. Qol.Az-ın “Fanatik” qəzetinə istinadən yaydığı xəbərə görə, ölkə çempionu “Qalatasaray”la kubokun sahibi “Fənərbaxça” arasındakı matçın Azərbaycanln paytaxtında keçirilməsi məsələsi gündəmə gəlib.


Türkiyə Futbol Federasiyası oyunu avqustun 11-də keçirmək istəyir. Məsələ ilə əlaqədar TFF hər iki klubun nümayəndələrinin qatılacağı toplantı keçirəcək. Əgər razılıq olarsa, “Qalatasaray”la “Fənərbaxça” arasındakı kubok qarşılaşması Bakıda olacaq.

Qeyd edək ki, ötən illərdə də derbinin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr olmuş, amma türk klubları Bakıda oynamamışdııar.


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi