“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
-“Qarabağ” mövsümü ikinci yerdə bitirdi. Bunu necə nəticə hesab edirsən?
- Çempionatın əvvəlindən sonuna qədər qızıl medallara ümidimiz var idi. Bu mövsüm şansımız daha çox idi. “Neftçi”yə məğlub olmaqla bu şansı itirdik. Buna baxmayaraq, yaxşı bir mövsüm keçirdik. Oyunlarımız ürəkaçan idi. Məncə, ikinci yer də pis nəticə deyil.
- Nəticə baxımından əvvəlki illərə nisbətən irəliləyiş var. Bəs, futbolçuların səviyyəsi, oyun baxımından necə, komandada inkişaf görünür?
- Əlbəttə ki, keçən illərə nisbətən oyunçularımızın təcrübəsi artıb. Bu mövsüm daha baxımlı oyun nümayiş etdirdik. Son turlarda komandamız yüksəlişə doğru gedirdi. Məğlub olmurduq. “Neftçi”yə uduzanda da daha üstün oyun nümayiş etdirirdik. Qol epizodlarımız da rəqibi üstələyirdik. Ümumi götürəndə bu mövsüm komandamız baxımlı və seçilən oyunlarla yadda qaldı.
- “Qarabağ”da kifayət qədər Avropa təcrübəsi görmüş futbolçular var. Bu heyətlə Avroliqada real olaraq hansı yerə qədər gedə bilərsiniz?
- Təbii ki, əvvəlki illərdəki uğurlu çıxışlarımızı davam etdirmək və daha da irəliləyərək qrup mərhələsinə düşmək istəyirik. Ancaq biz də başa düşürük ki, dörd mərhələ keçib, qrupa düşmək çox çətindir. “Qarabağ” iki dəfə Avroliqanın “play-off” mərhələsində oynayıb. Ancaq həmin dövrlərdə bəxtimiz gətirmədi. Çox çətin rəqiblərlə üzləşdik. Bu il isə çətin görünsə də, qrup mərhələsinə düşməyi qarşımıza hədəf qoymuşuq. Dediyiniz kimi, bizim Avropada xeyli oyun keçirmiş futbolçularımız var. Bundan başqa legioner oyunçularımızın da bizə yaxşı kömək edəcəklərini düşünürəm. Keçən mövsüm Avroliqaya düşə bilmədik. Bütün komandamız Avroliqa üçün darıxıb və səbirsizliklə oyunları gözləyirik. Baş məşqçimiz Qurban Qurbanov da vurğulayıb ki, yeni transferlər olacaq. İnanıram ki, yeni transferlər komandaya tez bir zamanda uyğunlaşacaq və “Qarabağ”a köməklikləri dəyəcək.
- Uzun müddətdir ki, “Qarabağ”ın heyətində çıxış edirsən. Komandanın zəif və güclü cəhətlərini bilirsən. Komandada hansı mövqelərə futbolçu alınmalıdır?
- Bu suala daha dəqiq baş məşqçi cavab verə bilər. Mənim fikrimcə, hücum və yarımmüdafiə xətti gücləndirilməlidir.
- Əfran İsmayılovun “Qarabağ”dan getməyinə münasibətin necədir?
- Əfran kimi futbolçunun “Qarabağ”da qalmağını istərdim. Mən “Qarabağ”a transfer olanda Əfran komandada idi. Son vaxtlar oyunu alınmadı. Bir müddət zədədən əziyyət çəkdi. İstərdim ki, “Qarabağ”da qalıb daha böyük nailiyyətlər əldə etsin. Ancaq o peşəkar futbolçudur. Öz qərarını verdi.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi