Çempionlar Liqasının mayın 25-i baş tutacaq "Borussiya" (Dortmund) - "Bavariya" finalı tarixə həm də maddi tərəflərinə görə düşəcək.
Qol.Az-ın məlumatına əsasən, dünyanın ən böyük idman mediası şirkətlərindən “Perform”un apardığı araşdırma nəticəsində məlum olub ki, bu qarşılaşma son beş ildə ÇL-də həlledici matçda üz-üzə gələn iki komandanın heyətinə görə ən kasıb final olacaq.
Son 10 ildə ən kasıb final 2004-ci ildə "Monako" ilə "Porto" arasında olmuşdu - 267 milyon avro. Bu ilki finalın digər cəhəti 2003-ci ilin "Yuventus" - "Milan" finalından sonra eyni ölkənin iki komandasının qarşı-qarşıya gəlməsidir.
425 milyon avroluq heyəti olan "Bavariya" ilə 255 milyon avroluq heyəti olan "Borussiya"nı qarşı-qarşıya gətirən finaldakı matçın ümumi dəyəri isə 680 milyon avro təşkil edəcək. Bu rəqəm ümumi dəyəri bir milyard avro olan və eyni zamanda son on ilin ən bahalı final oyunu- "Barselona"- "Mançester Yunayted" qarşılaşmasından xeyli geridə qalır.
Katalon klubu o ilki 607 milyon avroluq heyəti ilə son on ilin ən bahalı komandasıdır.
Bu ilki finalda meydana çıxacaq ən bahalı oyunçu isə "Bavariya”nın 43 milyon avroluq futbolçusu Frank Riberidir.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi