“Biz çempionluğa layiq idik. Etiraf edirəm ki, bu dəfə çempionluq daha çətin oldu. Çünki ilk “altılıq”da olan bütün komandalar çempionluğa oynayırdı. Həm də bu mövsüm Avroliqada uzun bir yol keçdik. Komandada yorğunluq var idi. Ona görə də heç çempion olacağımıza inanmırdım”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov komandasının Topaz Premyer Liqanın qalibi olması haqqında danışarkən deyib.
S.Sadıqov indi əsas fikirlərini “Xəzər Lənkəran”la kubok oyununa yönəltdiklərini deyib: “Komandamız bu oyuna yaxşı motivasiya olunub. Keçən mövsümdə kuboku son dəqiqədə əldən verdik. Amma bu il həmin səhvi təkrar etməyəcəyik. “Qızıl dubl” etmək hər bir klub prezidentinin arzusudur. Bizim arzumuz budur. Qismətimizdə varsa, kubok bizim olacaq. “Xəzər Lənkəran” da Azərbaycanın ən iddialı klublarından biridir. Mübariz Mənsimovun komandaya etdikləri göz qabağındadır. “Xəzər Lənkəran”ı çox güclü rəqib sayırıq. Oyuna tam hazırıq. “Bakı” ilə son çempionat matçında bəzi futbolçuların qorunması, futbolçular “bu oyun bizim üçün önəmli deyil”, əsas kubok görüşüdür” deyə tapşırıq verilməsi, final qarşılaşmasına necə ciddi hazırlaşmağımızdan xəbər verir”.
S.Sadıqov bu ilki hədəflərindən də danışıb: “Keçən mövsüm Avroliqanın qrupuna düşdük. Bu dəfə isə Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. Bilrisiniz ki, tarix yazmaq “Neftçi”nin qismətinə düşüb. Bunun üçün də komandada bir çox işlər görülməlidir. Kubokun final oyunundan sonra bu işlərə başlayacağıq. ÇL-in qrupuna düşmək istəyiriksə, heç olmasa, yüksək səviyyəli dörd futbolçu transfer etməliyik. Xeyli namizəd futbolçu var. Hazırkı futbolçuların hər biri ilə müqaviləni uzatmaq fikrindəyik. Çünki çempion heyəti dəyişməzlər. Bu gün “Neftçi”nin uğurlarının əsas səbəblərindən biri futbolçuların bir-birini tam başa düşməsindən irəli gəlir”.
Klub prezidenti “Neftçi”nin son illər sürətlə inkişaf etdiyini bildirib: “Komandanın güclənməsini siz daha yaxşı görə bilərsiniz. Hər il Avroliqada güclü komandaların qapazaltısı olurduq. Ancaq keçən mövsüm qrup mərhələsində “İnter” kimi komanda ilə səfərdə 2:2 oynamağımız, “Rubin” kimi komanda ilə başabaş mübarizə aparmağımız “Neftçi”nin son vaxtlar inkişaf etməsindən xəbər verir. Komandanı bir az da gücləndirmək lazımdır ki, bu uğurlar davam etsin”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır