Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olduğunu elan edib.
Qol.Az-ın ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, SOCAR və UEFA arasındakı bu əməkdaşlıq ilk turniri 1960-cı ildə Fransada keçirilən və hər dörd ildən bir təşkil edilən, dünyanın ən mötəbər milli komanda birinciliklərindən olan və böyük auditoriya kütləsi toplayan zəngin tarixli futbol yarışına çox böyük töhfə verəcək.
Bu hadisəyə münasibət bildirən ARDNŞ-nin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov deyib ki, ARDNŞ bu gələcək yönümlü layihəyə qoşulmaqdan məmnunluq hiss edir: “ARDNŞ-nin dünya idmanı ilə əməkdaşlığı qürurverici bir hadisədir. Bu, 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatından sonra bizim beynəlxalq sponsorluq sahəsində ikinci əməkdaşlıq təcrübəmizdir. Şirkətimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru olaraq respublikada futbolun inkişafına daim fəal dəstək göstərir. İdmana sponsorluq olduqca vacib bir amildir və bu cür genişmiqyaslı və həyəcanverici bir yarışı dəstəkləmək bizim üçün çox əhəmiyyətlidir. Bizim fikrimizcə, bu sponsorluq ARDNŞ-nin beynəlxalq profilini yüksəltmək üçün nadir imkanlardan biridir və enerji sektorunda şirkətimizin premium brendinin əsasının qoyulması yolunda ümumi mövqeyimizi əks etdirir”.
UEFA-nın marketinq direktoru Qay-Loran Epşteyn də bildirib ki, SOCAR-ı Avro-2016 Çempionatının və 2014-2017-ci illərdə keçiriləcək Avropa seçmə oyunları daxil olmaqla, UEFA-nın milli komanda yarışlarının rəsmi sponsorları arasında görməkdən böyük məmnunluq duyurlar: “Bu sponsorluq platforması SOCAR-a öz brendini daha geniş təbliğ etmək və hədəf auditoriyasını genişləndirmək üçün nadir imkan verir. SOCAR-ın qlobal enerji şirkətinə çevrilmək məqsədi və bizim əməkdaşlığımız Avropa futbolunu daha geniş tamaşaçı kütləsinə təqdim etmək üçün böyük imkanlar yaratmış olacaq”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"