AFFA-nın sabiq prezidenti Fuad Musayev 1996/97-ci il mövsümündə həqiqi çempionun “Neftçi”, yoxsa “Qarabağ” olması ilə bağlı son vaxtlar yenidən başlanan müzakirələrə münasibət bildirib.
Qeyd edək ki, F.Musayevin federasiyaya prezidentlik etdiyi həmin dövrdə AFFA-nın elan etdiyi qaydaya görə, əvəzedici heyətlərin komandalarının xalları əsas komandaların xallarına əlavə olunurdu. “Qarabağ”ın əvəzediciləri 1-ci yeri tutduğu üçün onun xalları yüksək liqada ikinci olan əsas komandanın xallarına əlavə olunmuş, bunun da nəticəsində Ağdam çempion elan edilmişdi. Milli çempionatı birinci yerdə başa vuran “Neftçi” isə əvəzedici komandaların az xal yığmasına səbəbindən qızıl yox, gümüş medala layiq görülmüşdü. Amma UEFA Azərbaycan çempionu kimi “Neftçi”ni, AFFA isə “Qarabağ”ı tanımışdı.
Bu günlərdə isə “Qarabağ” klubu rəsmi olaraq həmin çempionluqdam imtina etdiyini açıqlayıb.
AFFA-nın sabiq prezidenti Fuad Musayev “Futbol+” qəzetinə açıqlamasında deyib: “İndi arxamca danışmaq asandı. O vaxt Fuad gənclərin inkişafını düşünüb belə təklif irəli sürəndə hamı dəstəkləyirdi, ağıllı insan olduğumu deyirdi. İndi nə oldu, üstündən 15-20 il keçəndən sonra çempionluq yadlarına düşüb? Səhv addım atsaydım, UEFA gənclərin inkişafına görə mənə təbrik məktubu göndərməzdi. Məktubda qeyd olunmuşdu ki, AFFA olaraq Azərbaycan çempionu kimi “Qarabağ”ı qəbul edin, bu öz işinizdi, ancaq biz dünyada tərtib olunan qaydalara əsassən, çempion qismində “Neftçi”ni tanıyırıq. Bu gün də 1996/97-ci il mövsümünün çempionu “Qarabağ”ı deyirəm. Kimin narazılığı vardısa həmin vaxt üzümə deyərdi”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu