"Qarabağ" iki legionerlə müqavilə imzaladı

"Qarabağ" iki legionerlə müqavilə imzaladı
ÖLKƏ FUTBOLU 16 May 2013 / 15:56 3453
-  A +

"Qarabağ" daha iki futbolçusu ilə müqavilə müddətini uzadıb.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, daha öncə Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev və Namiq Yusifovla  müqavilə imzalayan "Qarabağ" bu dəfə iki legionerlə danışıqları uğurla tamamlayıb. "Qarabağ"ın albaniyalı legionerləri Admir Teli və Ansi Aqolli növbəti mövsüm də də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Admir Teli 2009-cu ilin yanvarından "Qarabağ"da top qovur. Sonuncu müdafəçi mövqeyində çıxış edən Teli stabilliyi ilə də seçilir. Ötən mövsüm bütün oyunları əvəzedilmədən keçirən cari mövsüm bu seriyanı ümumilikdə 88-ə çatdıraraq rekord qıran Teli ilə bir llik müqavilə imzalanıb.

Ansi Aqolli də 1 illik müqaviləyə imza atıb. Albaniya millisinin də şərəfini qoruyan sol cinah oyunçusu Ağdam təmsilçisinin heyətinə 2010-cu ilin yayında qoşulmuşdu.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi