“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın sonuna bir tur qalmış səfərdə “Qəbələ” ilə qarşılaşdınız və 1:1 hesablı nəticə ilə çempionluğu təmin etdiniz. Bu oyun haqda fikirlərini bilməki istərdik.
- Nəinki son oyunda, bütün çempionat ərzində “Qəbələ” bizə qarşı ciddi hazırlaşıb və yaxşı oyun nümayiş etdirib. Bilirdik ki, bu oyunda da yaxşı motivasiya olunublar. Oyun da çətin keçdi. Ancaq şükürlər olsun ki, istədiyimiz nəticəni qazandıq.
- “Qəbələ”nin qol vurmaq şansları daha çox oldu. Oyun baxımından da “Neftçi”ni üstələdi. Komandanızın nəticəyə oynadığı aydın görünürdü.
- Bəli, nəticəyə oynadıq. Qəbələyə nəticə üçün getmişdik. Əgər hesab çempion olmağımızı təmin edirsə, gözəl oynamağın mənası yoxdur. “Qəbələ”nin qol imkanları çox oldu. Öz meydanlarında oynayırdılar. Oranın havasına da uyğunlaşmaq asan deyildi. Bu amillər hamısı oyuna təsir edir.
- “Neftçi”nin bu mövsümdəki çıxışını necə dəyərləndirirsən?
- Çempionatın əvvəlində Avroliqadakı çıxışlarımıza görə, komandamız bir qədər axsadı. Lazımsız yerlərdə xal itirdik. Hətta autsayder komandalara məğlub olmuşduq. Ancaq sonradan bunların əvəzini çıxdıq. Mövsümün əvvəlində itirdiyimiz xallar bizi çətin vəziyyətə qoya bilərdi. Ancaq Avroliqadan sonra fikrimizi tam çempionata yönəltdik və layiq olduğumuz yerə gəlib çatdıq.
- Çempionlar Liqasında sizi çətin sınaq gözləyir. Komandanız buna hazırdır?
- Bu barədə fikirləşmək bizim üçün tezdir. Hazırda “Xəzər Lənkəran”la kubokun final oyununu düşünürük. Amma keçən il Avroliqanın qrup mərhələsinə bu hazırkı heyətlə düşmüşük. Məncə, futbolçular yaxşı formadadır. Hazırda ölkə kubokunu qazanmaq haqda fikirləşirik. Ondan sonra bu barədə düşünəcəyik.
- Kubokda oyununda şanslarınızı necə görürsən? Həm “Neftçi”, həm də “Xəzər Lənkəran” final haqda iddialı danışır.
- Mənə elə gəlir ki, o şərtlə iddialı olmaq olar ki, ehtiyatı əldən verməyəsən. Bu, final oyunudur. Bir oyundan ibarətdir. Çoxları düşünür ki, “Neftçi” qalib gələcək. Əgər bizi “Xəzər Lənkəran”dan güclü bilirlərsə, bu, bizi qətiyyən arxayınlaşdırmamalıdır. Son dərəcədə məsuliyyətlə yanaşmalıyıq. Məncə, əvvəlcədən kimin şanslı olduğunu demək olmaz.
- “Neftçi” ilə müqavilən nə vaxt başa çatır?
- Hələ iki ilə yaxın müqaviləm var.
- Səudiyyə Ərəbistanını komandasının səninlə maraqlanması xəbəri yayılıb.
- Mənim “Neftçi” ilə müqaviləm davam edir. “Neftçi”yə verdiyim sözə əməl etməliyəm. Tək Ərəbistan klubundan yox, başqa klublardan da təkliflər olub. Amma bu haqda danışmaq istəmirəm. Çünki hələ çempionat bitməyib və “Neftçi”nin oyunçusuyam. Vaxtı gələndə xaricdən gələn təklifləri dəyərləndirmək olar.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu