“Qarabağ” Azərbaycan çempionluğundan imtina etdi

ÖLKƏ FUTBOLU 15 May 2013 / 15:51 4928
-  A +

Ağdamın “Qarabağ” futbol klubu 1996-1997-ci il Azərbaycan çempionluğundan imtina edib. Bu haqda klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
 
Onun sözlərinə görə, 16 il öncə AFFA-nın ilk rəhbərliyi qızıl medalların “Qarabağ”a verilməsi barədə qərar qəbul etsə də, UEFA çempion kimi “Neftçi”ni tanıyıb. Elə indi də Peşəkar Futbol Liqası məhz flaqmanı çempion sayır. Bu səbəbdən, Çəlikəl 1997-ci ildə “Qarabağ”ın yox, “Neftçi”nin çempion sayılmalı olduğunu vurğulayıb.
 
 
Qeyd edək ki, 1996-1997-ci il mövsümündə AFFA-nın prezidenti Fuad Musayev aşağı yaş qrupları üzrə çempionatlarda “Qarabağ”ın 1-ci yeri tutduğunu səbəb göstərərək, “Neftçi”ni qızıl medaldan məhrum edib. Amma UEFA Çempionlar Liqasında Azərbaycanı məhz flaqmanın təmsil etməli olduğuna dair qərar verib. Bununla belə, “Qarabağ”ın aktivində 1993-cü il çempionluğu qalır (lent.az). 

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi