“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Qol.Az saytının suallarını cavablandırıb.
- Dünən “Bakı” ilə oyunda qalib gələrək ikinciliyi rəsmiləşdirdiniz. Bu oyun barədə fikirlərinizi bilmək istərdik.
- Artıq mövsümün sonudur. Hamı bilir ki, çempionat sona çatır. Buna görə də bütün futbolçular özünü yaxşı tərəfdən göstərmək, məşqçinin etimadını qazanaraq komandada qalmaq istəyir. Oyuna gəldikdə isə çox maraqlı qarşılaşma keçdi. Düzdür, ikinci pillə yaxşı nəticədir. Ancaq bir tərəfdən təəssüflənirik ki, sona bir tur qalmış çempionluq şanslarımız bitdi. Daha bundan sonra heç nə etmək olmaz. İnşallah, gələn il bundan da iddialı komanda olacağıq.
- Dünən zədələnərək əvəzləndiniz. Hazırkı vəziyyətiniz necədir?
- Ağrılarım var. Bu gün həkim müayinəsindən keçəcəyəm. Bundan sonra dəqiq bir şey demək olacaq.
- Ümumilikdə komandanın builki çıxışını necə qiymətləndirirsiniz?
- Mövsümün əvvəlini çox pis başladıq. AZAL-a 2:6 hesablı məğlubiyyətdən sonra komandada ard-arda uğursuzluqlar baş verdi. Çoxlu xal itkilərimiz oldu. O vaxt kimsə ikinciliyi bizə təklif etsəydi, hamı ikiəlli razı olardı. Amma o ağır dönəmdən sonra çempionluğa qədər mübarizə apardıq. Təəssüf ki, istəyimizə nail ola bilmədik.
- Buna nə mane oldu?
- Ümumiyyətlə, çempion olmaq üçün yaxşı start götürməlisən. Amma mövsümün əvvəlini pis başlamağımız çempion olmağımıza təsir etdi. Hazırda Premyer Liqanın son pillələrindəki iki komanda ilə oyunda xal itkisinə yol verdik. İndi isə bunun əziyyətini çəkirik
- Səbəb ancaq ilk oyunlardakı xal itkisidi? Bəs “Neftçi”yə son oyundakı məğlubiyyət necə?
- Çox təsir etdi. Kaş, son oyunda 1:1-dən sonra irəli atılmayaydıq. Çünki həmin oyunda itirdiyimiz üç xaldan sonra çempionluq şanslarımız demək olar ki, bitdi.
- Qarşıda Avoliqada oyunlarınız var. Burada hansı uğuru gözləmək olar?
- Premyer Liqadan sonra millinin üzvləri demək olar ki, istirahət edə bilməyəcək. Amma komanda şəklində bir az istirahətdən sonra oyunlara ciddi şəkildə hazırlaşacağıq. Avroliqada yaxşı uğurlar əldə etmək üçün əlimizdən gələni edəcəyik
- Ümumiyyətlə fikrinizcə daha yaxşı uğur üçün komandaya nə lazımdır? Hansısa çatışmazlıqlar görürsünüz?
- Təbii ki, komandada dəyişiklik baş verəcək. “Qarabağ”dan gedən və transfer olunan futbolçular olacaq. Əsas gələn futbolçuların səviyyəsidir.
Aysel BƏXTİYARLI
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi