"0:5 hesablı məğlubiyyətin əvəzini çıxmalıyıq"

"0:5 hesablı məğlubiyyətin əvəzini çıxmalıyıq"
ÖLKƏ FUTBOLU 13 May 2013 / 17:22 3760
-  A +

“Bilirdik ki, ağır oyun olacaq. “Neftçi” açıq futbol nümayiş etdirir. Ona görə də, müdafiəyə çəkilib əks hücumlara üstünlük verdik. Oyunumuzdan və nəticdən razı qaldıq. Ancaq çox təəsüf ki, hakim təmiz qolumuzu saymadı. Əks halda qalib də gələ bilərdik”.

Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Simurq”un kapitanı Rasim Ramaldanov Topaz Premyer Liqanın 30-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyun (1:1) haqqında danışarkən deyib.

R.Ramaldanov Topaz Premyer Liqanın 31-ci turunda “İnter”ə qarşı keçirəcəkləri oyun haqda da danışıb: “Sabah “İnter”lə çətin oyunumuz var. Öz meydanımızda azarkeşlərimiz sevindirmək istəyirik. Doğma meydanda daha güclü təsir bağışlayırıq. Həm də bu komandaya qarşı son oyunda 0:5 hesabı ilə ağır məğlub olmuşuq. Həmin oyunun əvəzini çıxmalıyıq. Bunun üçün ciddi hazırlıqlar gedir”.

Mövsümün sonunda “Simurq”la müqaviləsi bitəcək futbolçu “Xəzər Lənkəran”ın onun haqqında maraqlanması ilə bağlı yayılan xəbərləri təkzib edib: “Belə bir şey yoxdur. Hələ ki heç bir klubla danışmamışam. Hələ ki, müqaviləm “Simurq”ladır. Komandamla danışıqlar aparandan sonra hər şeyə aydınlıq gələcək. Ola bilsin ki, elə “Simurq”da qalacam”.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi