“Bakı” klubunun kapitanı Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Artıq Topaz Premyer Liqa başa çatmaq üzrədir. “Bakı”nın bu mövsümkü çıxışı haqda ümumi fikirlərini bilmək istərdik.
- Bu gün “Bakı”nın vəziyyəti nəticə baxımından ürəkaçan deyil. Amma oyun baxımından komandamız yaxşı təsir bağışladı. Yeni baş məşqçi gələndən sonra “Bakı” öz oyununu tapdı. Bu, mənim şəxsi fikrimdir. Bəlkə də kimsə bununla razılaşmır. Ancaq Bandoviç gəlməzdən əvvəl komandamız çox bərbad vəziyyətdə idi. Nə taktikamız, nə də oyun qurluşumuz vardı. Yeni baş məşqçi gələndən sonra isə oyunumuz sürətlə yaxşılığa doğru getdi. Nəcilərimiz də yaxşılaşdı. Düzdür, elə oyunlar oldu ki, uduzduq. Amma futbol var idi. Çoxları deyirdi ki, “Bakı” ilk “altılığ”a düşə bilməyəcək. Amma bunu da bacardıq. Kubokun yarımfinalına qədər gəldik.
- Amma komandanız bu mövsüm demək olar ki, stabil çıxış edə bilmədi.
- Elə oyunlar oldu ki, yüksək səviyyədə, bəzi oyunlarda isə bərbad çıxış etdik. Elə son turda “Qəbələ” ilə oyunda da pis çıxış etdik. Bizdə dəyişikliklər çox oldu. Həm baş məşqçi, həm də futbolçuları nəzərdə tuturam. Bu gün Azərbaycanda eyni komandalar nəticə verir. Hansı ki o komandaların futbolçuları 2-3 ildir bir yerdə oynayır. Həmçinin çox baş məşqçi dəyişdik. Bu məqamlar üst-üstə düşəndə futbol təsir edir. Futbolun qanunu belədir.
- Son iki oyunda “Bakı” məğlub olar. Futbolçular tam həvəssizdirlər?
- “İnter”lə oyunda həvəsimiz var idi. Çünki dördüncü yeri tutmaqla avrokuboklara düşə bilərdik. Ancaq “İnter”ə uduzduq və indi şansımız yoxdur. Ona görə də komandamızda əhval-ruhiyə əvvəlki oyunlara nisbətən çox aşağıdır. Elə son turda “Qəbələ” ilə oyunda pis çıxış etməyimizin də səbəbi ruh yüksəkliyinin olmamasıdır.
- Növbəti oyununuz çətin rəqiblərinizdən olan “Qarabağ”ladır. Bu komandaya cari mövsüm qalib gələ bilməmisiniz. Futbolçularınız bu oyuna necə köklənir?
- Baş məşqçimiz bizi yığıb sözhbət edib ki, çempionatın sonunu yaxşı bitirməliyik. Biz də bu mövsümü yaxşı sonluqla bitirmək istəyirik. Oyuna yaxşı hazırlaşırıq. “Bakı”nın adı naminə son iki oyunda qalib gəlməliyik.
- “Qarabağ”dakı Elvin Məmmədovu hələ ki, görə bilmirik.
- “Qarabağ” oturmuş komandadır. Futbol oynaya bilən istənilən oyunçunu “Qarabağ”a aparsan, oynaya biləcək. Çünki ordakı kollektiv tam başqa cürdür. 4-5 ildir ki, eyni futbolçular bir yerdə oynayır. Mən də “Qarabağ”a gələndə komanda təzə yığılırdı. Sonradan daha yaxşı nəticələr qazandıq. Bəzi oyunlarda yaxşı çıxış etmişəm. Bəzilərində isə özüm də oyunumdan razı qalmamışam. Ancaq üzərimdə çox işləyirəm. Hiss edirəm ki, az da olsa forma yığa bilmişəm. Oyunlarda da bunu göstərmişəm. Tənqidlərə həmişə hazıram. İnsan tənqid olunmasaq, ayılmarıq. Altı ay bundan qabaq bu tənqidlərlə tam razılaşırdım. İndi isə çalışıram, məşqlərdə, oyunlarda əlimdən gələni edirəm ki, formama qayıdım. Həmçinin komandanın kapitanıyam. Onun məsuliyyəti də çoxdur.
- Mövsümün sonu “Bakı” ilə müqavilən bitəcək. Komandada qalacaqsan?
- Heç bir klubla danışmamışam. Mövsüm başa çatdıqdan sonra rəhbərliklə danışacağam. Razılaşa bilsək, qalacağam. Danışığımız alınmasa, komandadan gedəcəyəm.
- “Qarabağ”a qayıtmaq istərdin?
- Qurban müəllim məni komandasında görmək istəsə, niyə də yenidən “Qarabağ”da oynamayım?! Ancaq yenə də birinci “Bakı” ilə danışmalıyam.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL