Bu gün Topaz Premyer Liqada 31-ci turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. Hər iki oyun ikinci “altılıq”da mübarizə aparan komandalar arasında olub. Premyer Liqada qalmaq üçün mübarizə aparan “Turan” “Kəpəz”i qəbul edib. Lakin rəqibinin ciddi müqaviməti ilə üzləşən Tovuz təmsilçisi qapısından beş qol buraxıb. Bu toplardan üçünün əvəzini çıxan "Turan" 3:5 hesabı ilə məğlub olub. Bununlada "Turan"ın gələn mövsüm Premyer Liqada çıxış etməyəcəyi rəsmiləşib.
Digər oyunda isə “Xəzər Lənkəran” "Sumqayıt"ın qonağı olub. İlk hissədə qapısından bir qol buraxan "Xəzər Lənkəran" ikinci hissədə daha çətin duruma düşüb. Belə ki, Adrian Skarlatakenin qırmızı vərəqə alması cənub təmsilçisinin işini bir qədər də çətinə salıb. Bundan sonra hesab dəyişməyib və "Sumqayıt" 1:0 hesabı ilə qalib gəlib.
13 may 17:30. “Turan” – “Kəpəz” - 3:5
“Dalğa Arena” stadionu
Qollar: Asəf Qədiri, 44-pen.(1:0), Pərvin Paşayev, 47 (1:1), 68 (2:3), 75-pen. (2:4), Bujamin Asani, 52 (1:2), Salif Ballo, 59 (2:2), 87 (3:5), Serebryakov, 82 (2:5)
17:30. “Sumqayıt” – “Xəzər Lənkəran” - 1:0
“Bayıl Arena” stadionu
Qol: Ruslan Qurbanov, 14 (1:0)
Qırmızı vərəqə: Skarlatake, 60 ("Xəzər Lənkəran")
14 may
17:30. “Rəvan” – AZAL
“Bayil Arena” stadionu
17:30. “Qarabağ” – “Bakı”
T. Bəhramov adına Respublika stadionu
17:30. “Simurq” – “İnter”
Zaqatala şəhər stadionu
17:30. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
Turnir cədvəli
Bombardirlər
Nikolas Kanales (Neftçi) - 26 qol
Franko Nildo (AZAL) - 19 qol
Juan Manuel Varea (Rəvan) - 14 qol
Riçard Almeyda (Qarabağ) - 13 qol
Salif Ballo (Turan) - 12 qol
Pərdis Fərcad Azad (Sumqayıt) - 9 qol
Yuri Fomenko (İnter) - 8 qol
Baçana Sxadadze (İnter) - 8 qol
Julius Vobay (Neftçi) - 8 qol