“Mançester Yunayted”in baş məşqçisi Aleks Fergüssonun mövsümün sonu bu komandanı tərk edəcəyi haqda xəbərlər təsdiqlənib. Qol.Az-ın məlumatına görə, “MY”nin rəsmi saytı bildirib ki, 2012/13-cü il mövsümünün sonunda ser Aleks Fergüsson komandanın baş məşqçisi vəzifəsindən istefa verəcək.
Qeyd edək ki, şotlandiyalı mütəxəssis 27 il “MY”yə rəhbərlik edib. Onun başçılığı altında “qırmızı-şeytanlar” 13 dəfə İngiltərə çempionu, 5 dəfə ölkə kubokunun, 4 dəfə İngiltərə liqa kubokunun, 10 dəfə İngiltərə superkubokunun qalibi olub. Bundan başqa, Fergüssonun rəhbərliyi altında “MY” iki dəfə Çempionlar Liqasında, bir dəfə Kuboklar kubokunda, bir dəfə isə UEFA superkubokunda birinciliyi qazanıb.
Cari mövsümdə "MY" iki oyun keçirməlidir. İngiltərə çempionatında komanda "Suonsi" (12 may) və "Vest Bromviç"lə (19 may) qarşılaşacaq. Bu iki oyun Fergüssonun "MY"nin baş məşqçisi vəzifəsində sonuncu oyunları olacaq.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi