“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Bu gün Topaz Premyer Liqanın final mərhələsində Simurq”la qarşılaşacaqsınız. Oyun haqda fikirlərini bölüşərdin.
- İlk “altılığ”ın birinci oyununa çıxacağıq. Neçə vaxtdır ki, sıx qrafiklə oynayırıq. Ona görə elə də güclü hazırlıq keçmirik. Xüsusi taktiki məşqlər edirik. Zaqatala səfəri bütün komandalara çətin olub. Bilirik ki, bizi də ağır oyun gözləyir. “Simurq” hazırda yaxşı formadadır. Həm də kubokdan kənarlaşıblar. Ona görə də bütün qüvvələrini çempionat oyununa qoyacaqlar.
- Ancaq “Simurq” son vaxtlar uğurlu çıxış etmir.
- Axır vaxtlar qalib gəlməsələr də, əsas oyundur. Oyuna baxanda görürük ki, “Simurq” yaxşı təsir bağışlayır. “Neftçi” ilə hər iki oyunda çox yaxşı oynadılar. Kubok görüşündə “Neftçi” “Simurq”un qapısına 120 dəqiqə yol tapmadı. Bu da komandanın gücündən xəbər verir. Gərək rəqibi düzgün qiymətləndirək . Son oyunda hansısa komandaya uduzduqlarına arxayın olsaq, bizə baha başa gələr.
- “İnter”lə oyunda heç-heçəni pis nəticə saymadınız. Bu oyunda necə, bərabərlik qeydə alınsa, nəticədən razı qalacaqsınız?
- “Altılıq”da qazanılan hər bir xal çox dəyərlidir. Qələbə qazanmağa çalışacağıq. Ancaq əsas məqsədimiz məğlub olmamaqdır. “Simurq” hazırda üçüncü yer üçün rəqibimizdir. Üç xal fərqimiz var. “Neftçi” ilə “İnter”ə də çatmalıyıq. Ona görə də qələbə naminə əlimizdən gələni edəcəyik və ehtiyatımızı da əldən verməyəcəyik.
- Dünən Topaz Premyer Liqada fevral ayının ən yaxşı oyunçusu və qolu seçildi. Bu seçimlərdən razı qaldın, yoxsa sənin başqa namizədin var idi?
- Fevralın ən yaxşı oyunçusu Kanales seçildi. Məncə, düzgün seçimdi. Çünki sabit oyunçudur. Daimakomandası üçün vacib qollar vurur. Çempionatda rəqib qapılarından 20 qol keçirib. Seçimdə də bunu nəzərə alıblar.
- Bəs, beş qoldan hansı daha yaxşı idi?
- Asif Məmmədov və Rəşad Sadiqovun qollarını bəyənirdim. Elə Asif Məmmədovun qolu seçildi.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”