Bu gün AZAL PFK-nın iclası keçirilib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, komandanı üzvləri – məşqçilər, futbolçular və texniki heyətinin iştirakı ilə keçirilən iclasın məqsədi XX milli çempionatın təsnifat mərhələsində komandanın çıxışına, məşqçi və futbolçu heyətinin fəaliyyətinə qiymət verilməsi və “ikinci 6-lıq”ın oyunları ərəfəsində klubun problemlərinin müzakirəsi olub.
AZAL PFK-nın vitse-prezidenti Fikrət Hüseynov mövsümün əvvəlində komandanın qarşısına ciddi hədəflərin qoyulduğunu bildirərək bu vəzifələrin yerinə yetirilmədiyini əsalandırıb:”Artıq çempionatın ilk hissəsi başa çatıb. Bu səbəbdən öz işimizə qiymət vermək imkanımız var. Mövsümün əvvəlində qarşımıza öncə ilk 6-lığa düşmək, daha sonra mükafatlar uğrunda mübarizə aparmaq məqsədi qoyulmuşdu. Klub rəhbərliyi də bütün planlarını buna uygun hazırlamış, komandanın fəaliyyətinin yaxşı təşkil olunması üçün imkanlar səfərbər olunmuşdu. Təlim-məşq toplanışları, futbolçu transferləri, gündəlik məşqlər, futbolçuların məişət problemlərinin həlli ilə bağlı da heç bir çətinlik olmadı. Komandanın hər bir üzvü rəhbərliyin qayğısını hiss etdi. Mövsümə də uğurlu start verdik, ilk 6 oyundan sonra AZAL turnir cədvəlinə başçılıq edirdi. Amma təəssüf ki, biz bunu nəinki qoruya bildik, hətta bəzi oyunlarda qazanılan arzuolunmaz nəticələrlə rəhbərliyin və məşqçilərin əziyyəti hədər getdi. Nəticədə bu gün biz özümüzə layiq olmayan yerdəyik və ikinci 6-da mübarizə aparacağıq. Deməli, siz qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədiniz. Burada isə hər bir futbolçunun günahı var və bunlardan nəticə çıxarmalısınız”.
Daha sonra komandanın baş məşqçisi Vaqif Sadıqov hesabat xarakterli məruzə ilə çıxış edərək indiyədək görülən işlərə toxunub. Baş məşqçi də rəhbərliyin qayğısını önə çəkərək komandasına inandığını bildirib: “AZAL-da işləmək, yüksək nəticələr qazanmaq üçün hər cür şərait var. Klub rəhbərliyi baş məşqçi kimi mənim bütün tələblərimi yerinə yetirib. Bizim həm də yaxşı kollektivimiz var və hamımız eyni məqsəd uğrunda birləşmişdik. Mən bir neçə dəfə də demişəm, öz komandamla fəxr edirəm. Bununla belə, bu duruma görə günahı özümüzdə axtarmalıyıq. Bəzi futbolçuların işə qeyri-peşəkar yanaşması, bəzilərinin səhlənkarlığı ümumi nəticəyə və kollektivin əhval-ruhiyyəsinə təsir etdi. Ona görə də bundan sonra əsas tələb sizin qarşınıza qoyulacaq. Hər bir futbolçunun taleyi qarşıdakı oyunlarda çıxışından asılı olacaq”.
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov daha sonra “6-lıq” oyunları ilə bağlı fikirlərini söyləyib: “Artıq yeni mərhələ başlayır. Biz bütün uğursuzluqları unudub qarşıdakı oyunlarda hər şeyin təsadüf olduğunu sübut etməliyik. Faciəvi heç nə baş verməyib. Rəhbərlik yenə də sizlərə etimad göstərir və bütün problemləri aradan qaldırmağa hazırdır. Mövsümün sonunda biz bir daha işimizə qiymət verib nəticə çıxaracağıq. İstəyirik ki, hər bir futbolçu həm komandanın, həm də öz nüfuzunu qorusun. Sizin buna gücünüz çatar. Bu oyunlarda komadamıza ancaq qələbə arzulayırıq”.
Sonda AZAL-ın bəzi futbolçuları – Cahangir Həsənzadə, Viktor İgbekoyi, Zohair Benouahi söz alaraq öz fikirlərini bildiriblər. Komandada 4-cü mövsümü keçirən Viktor İgbekoyi rəhbərlik və azarkeşlərdən üzr istəyib: “Biz bu duruma görə rəhbərlikdən azarkeşlərdən üzr istəyirik. Sizdən xahiş edirik ki, bütün bunlara rəğmən yenə də bizə inanasınız. AZAL-ın yaxşı məşqçiləri, futbolçuları var. Problemlərimizi bilirik və qarşıdakı oyunlarda hər şeyi unutduracağıq.”
Kapitan Cahangir Həsənzadə isə komandanını qarşıya qoyulan məqsədləri yerinə yetirmədiyini etiraf edib bu vəziyyətin AZAL-in gücünü göstərmədiyini söyləyib.
Mərakeşli Zohair Benouahi isə deyib: “Uğursuzluğun səbəbini məşqlərdə, keçirilən oyunlarda axtarmamalıyıq. Hamı necə hazırlaşdığımızı, məşq etdiyimizi bilir. Məşqlərin necə peşəkarcasına keçirildiyini də görürük. İşimiz bəlkə də hamıya nümunədir. Amma nəticə başqadır. Fikrimcə əsas səbəb meydançadan kənar davranışımızdı. Görünür özümüzə qarşı təlbkar deyilik. Bu nöqsanı aradan qaldırmalıyıq”.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi