"Yəqin Berti Foqts məni tanımır"

"Yəqin Berti Foqts məni tanımır"
ÖLKƏ FUTBOLU 11 Mart 2013 / 15:50 3543
-  A +

"Əvvəllər məni milli komandaya çağırmayanda bunu onunla izah edirdilər ki, komandanda müntəzəm oynamırsan. Ancaq indi çempionat başlayandan bütün oyunlarda oynayıram. Mənə də maraqlıdır ki, Foqts niyə məni milliyə çağırmır. Hətta millimizin üç günlük toplanışına da çağrılmadım. Halbuki həmin toplanışa birinci divizioan və əvəzedici komandalardan futbolçular çağrılmışdı. Belə çıxır ki, yəqin Foqts məni tanımır. O, milli komandaya gələndən eyni futbolçuları çağırır. Nəticə də göz qabağındadır".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in yarımmüdafiəçisi Asif Məmmədov bu gün AFFA-da təşkil olunan fevralın ən yaxşı futbolçusu, ən yaxşı qolun müəllifini və çempionatlarımız tarixində vurulan 10000-ci qolun müəllifinin mükafatlandırılması mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
O, bir sıra futbolçuların da millidə oynamağa layiq olduğunu bildirib. "Tək özümü demirəm, bir neçə futbolçular var ki, millidə oynamağa layiqdir. Həmin futbolçular bu gün öz komandalarının heyətində stabil çıxış edirlər. Araz Abdullayevin adını çəkə bilərəm. Lakin nədənsə Foqts onlara təklif göndərmir".

Qeyd edək ki, bugünkü mükafatlandırma mərasimində Asif Məmmədov fevral ayının ən yaxşı qolunun müəllifi olub.

Daha çox


Son xəbərlər