Bakının “İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- “Xəzər Lənkəran”ın qapısına vurduğun top fevral ayının beş ən yaxşı qolu arasında birinci olacağını gözləyirdin?
- Səsvermə yolu ilə olduğu üçün tam gözləmirdim. Səsvermə təzə başlayanda mənim qoluma heç bir səs verilməmişdi. Sağ olsunlar, sonradan səs verdilər. Ancaq qol yaxşı alınmışdı. Vurduğum qola baxanda gözləyirdim.
- Digər dörd qoldan hansını bəyəndin?
- Hamısı yaxşıdır. Rəşad Sadiqovun qolu isə çox xoşuma gəldi.
- “Bakı”nın futbolçusu Şəhriyar Rəhimovun kubokda qapınıza vurduğu qol necə idi?
- Düzdür. Qol baxımlı oldu. Ancaq bizim vurduğumuz qollar gözlənilən idi. Onun qolu isə gözlənilməz oldu. Bundan sonra min dəfə elə ötürmə gəlsə, o cür qol vurmaq olmaz. Tək Şəhriyarı demirəm, şəxsən mən də, başqa biri də vura bilməz. Burda bəxt amili var.
- “Bakı” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda yarımfinala qalib gələ bilmədiniz və kuboku tərk etdiniz. Bunun səbəbləri nə oldu?
- Həmin oyunda yaxşı oynadıq. Ancaq bəxtimiz gətirmədi. Birinci hissə qapımızda qol görsək də, hesabı bərabərləşdirdik. Hətta hesabda öndə də olduq. Artıq hər şeyi həll etdiyimizi düşündüyümüz anda, gözlənilməz bir epizoddan qol buraxdıq. Uduzmasaq da, yarımfinala keçə bilmədik.
- “İnter” nadir hallarda qapısından iki qol buraxır. “Bakı” ilə oyunda niyə belə alındı?
- “Bakı”nın hər iki qolda bəxti gətirdi. Buna görə komandamızda heç kimi günahlandırmaq olmaz. Demək olar ki, kuryoz qollar buraxdıq. Doxsan dəqiqə ərzində qapımıza 2-3 zərbə vurdular. Qapı dirəyinə dəyən topu nəzərə almasaq, qapımız qarşısında heç bir təhlükəli vəziyyət olmadı.
- Qarşıdan “Qəbələ” ilə “altılıq” oyunu gəlir. Demək olarmı sizi səfərdə çox çətin sınaq gözləyir?
- Əlbəttə. Çox çətin oyun olacaq. “Qəbələ” də bizim kimi kubokdan əlini üzüb. Son oyunları uğursuz alınıb. Bzimlə oyunda qələbəyə daha çox kökləniblər. Bütün fikirləri çempionatda yaxşı nəticə qazanmaqdır. Məqsədləri avrokubokda iştirak etməkdir. Ancaq biz bu oyunda mütləq qələbə qazanmağı düşünürük. Çünki iki oyundur qalib gələ bilmirik. Bu oyunda buna son qoymaq istəyirik. Kubokdan da kənarlaşmışıq. Bizim də fikrimiz çempionluqdur. Komandamız tam şəkildə bu oyuna hazırlaşır.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev