“Hacettepe” ilə oyunumuz çox ağır keçdi. 4:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, rəqib də yaxşı oynadı”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Türkiyənin “Kocaelispor” klubunda çıxış edən və dünən “Hacettepe”yə qarşı keçirilən matçda superliqada ilk qolunu vuran həmyerlimiz Ramal Hüseynov deyib. Ramal bildirib ki, ilk qolu onlar yox, rəqib vursaydı, matçın nəticəsi tam başqa cür olacaqdı: “Matçda hesab açılanadək meydanda “qırğın” gedirdi. Hər iki komandanın fərqlənmək üçün bir neçə şansı var idi. Elə oyun idi ki, kim birinci qolu vursaydı, o da böyükhesabla qalib gələcəkdi. Açıq oyun gedirdi. Amma ilk qolu biz yox, rəqib vursaydı, o zaman onlar da böyükhesabla qalib gələcəkdilər. Biz də qarşılaşmadan əvvəl danışmışdıq ki, Tanerə bombardir olmaq üçün şans yaradaq, amma alınmadı”.
Hüseynov qol epizodunu belə xatırlayır: “Ali Bayraktar mənə ötürmə verdi. İlk əvvəl istədim Tanerə ötürmə verim ki, o qol vursun. Gözlədim ki, Taner açılsın. Amma o yerindən tərpənmirdi. Həm də artıq müdafiəçi mənə çatmaq üzrə idi. Buna görə də özüm qapıya zərbə endirmək qərarına gəldim”.
Həmyerlimiz gələcək karyerasına hələ aydınlıq gəlmədiyini bildirib: “Kocaelispor”da qalıb-qalmayacağım hələ məlum deyil. Burada vəziyyət çox pisdir. 4 aydır ki, maaş almırıq. Amma deyirlər ki, hər şey yaxşı olacaq. Sərdar Topraktəpə mənə deyib ki, 10 gün də gözlə, vəziyyət düzələcək. O istəyir ki, Rəşad da, mən də burada qalaq. Amma digər variantlar da var. Bir-iki klub xidmətimdə maraqlıdır. Amma adlarını bilmirəm. Bu işlə menecerlər məşqul olur. Onu da deyim ki, dünənki matçı xeyli sayda menecer izləyirdi. Ona görə də hər bir futbolçu meydanda bütün gücünü qoyurdu ki, yaxşı oynayıb, menecerlərin diqqətini cəlb edə bilsin”.
Ramal onu da bildirdi ki, “Kocaelispor”un şəraiti yaxşı olsa da, Bakı üçün darıxır: “Komandanin şəraiti yaxşıdır. Azarkeşlər bizə hər zaman dəstək verirlər, sevgilərini nümayiş etdirirlər. Amma Bakı üçün darıxıram. İnşallah ya bu gün, ya da sabah qayıdacam Bakıya. Menecerlərlə də telefon vasitəsiylə əlaqə saxlayaraq, vəziyyəti öyrənəcəyəm”.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza
FİFA prezidenti DÇ-2026-dakı favoritini açıqladı
Slot "Qalatasaray"la bugünkü oyun haqda