“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin QOL.az saytına müsahibəsi
- Komandanız Misli Premyer Liqasının 23-cü turunda səfərdə “Neftçi” üzərində vacib qələbə (1:0) qazandı. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Çətin oyun olacağını gözləyirdik. Qarşılaşma çox həyəcanlı alındı. Hər iki tərəf maraqlı oyun sərgilədi. Bütün azarkeşlərimizi təbrik edirəm. Əzmkar qələbə qazandıq. Bu qələbə bizə hava-su kimi lazım idi. 3 xal qazandığımız üçün çox xoşbəxtəm.
- Demək olar ki, “Turan Tovuz” əmin addımlarla bürünc medala doğru gedir?
- Bəli, ən azı. Düzdür, mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəflər tam bu deyildi. Qələbədən qələbəyə sevinirik, amma içimizdə itirdiyimiz xallara görə üzülürük. Addım-addım böyüyəcəyik. Hədəflərimizdən uzaqlaşmamışıq. Qarşıya qoyulan məqsədə riyazi cəhətdən hələ şansımız var. Bu şans davam etdikcə mübarizə aparacağıq. Onsuz da hədəfimiz sona qədər yarışın içində ola bilmək idi.
- Mövsümə çempionluq hədəfi ilə başladınız. Alınmasa, əsas məqsəd kuboku qazanmaq olacaq?
- Hədəfimiz yenə də çempionluqdur, dəyişməyib. O ki qaldı kuboka, indiki hədəf finala çıxmaqdır. Hər iki cəbhədə şanslarımız davam edir. Sona qədər mübarizə aparacağıq.
- Komandanız son 8 oyunda qapısını toxunulmaz saxlayıb. Halbuki bir ara “Turan Tovuz” müdafiə oyununa daha çox üstünlük verdiyi üçün tənqid olunurdu...
- Bizim oyunumuz budur. Büdcəmiz buna çatır. Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik. İndidən çempionatda neçənci olacağımızı deyə bilmərəm. Lakin plan da buna görə qurulmuşdu, baş məşqçi də buna görə seçilmişdi. Hədəf az büdcə ilə nəticə qazanmaqdır. Hər hansı bir dəyişiklik olmayıb. Geridə qalan müddətdə əldə olunan nəticələr bizi qane edir.
- Bu, Kurban Berdıyevin işindən razılığınızı ifadə edir?
- Əlbəttə. Berdıyevin işindən çox razıyam. Baş məşqçimizin arxasındayıq, nə olur olsun.
- Tovuz şəhər stadionun son durumu necədir? Martın 21-də “Qəbələ”yə qarşı keçiriləcək oyunu komanda öz meydanında keçirə biləcək?
- Xeyr, martın 21-dəki oyuna çata bilmirik. Lakin aprel ayında Premyer Liqadakı ilk ev oyunumuzu Tovuzda keçirəcəyik. Kubok matçı ilə bağlı indidən dəqiq bir söz demək çətindir. Bu məsələyə baxılacaq. Bu mövsüm bizim üçün çox çətin oldu. Komanda doğma stadiondan uzaq düşdü. Sanki hər şey əleyhimizə işlədi. Biz nə vaxtsa bunu keçməliydik. Bu da bir mərhələ idi. Gələn il bizim üçün daha rahat olacaq.
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır