“Nə vaxtsa, bir məğlubiyyət olmalı idi. O da bu gün oldu. Oyuna görə məğlubiyyətə layiq deyildik. Ən azından bir xal qazanmalı idik, hətta udmaq belə, mümkün idi. Nə onlarda, nə də bizdə çox böyük epizodlar var idi. Rəqib bir imkanı dəyərləndirə bildi, biz isə edə bilmədik. Bununla barışmaq və işləmək lazımdır. Gələcəkdə nə olacağını həyat göstərəcək”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasıın 23-cü turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, “Neftçi”nin yoluna davam etməli olduğunu bildirib: “İntensiv oyun getdi. O qədər qol epizodları yox idi. Amma oyunun özü intensiv keçdi. Bu mərhələni də keçməliyik. Uduzduq. Bunu da geridə qoymalı və yolumuza davam etməliyik. "Turan Tovuz" sadə komanda deyil. Ona görə 3-cü pillədədir. Biz onlardan heç nə də geri qalmadıq. Təəssüf ki, bir qol buraxdıq və o da matçın taleyini həll etdi”.
Ukraynalı mütəxəssis “Heyətiniz qarşıya qoyulan hədəflərə çatmaq üçün yetərlidir?” sualını belə cavablandırıb: “Dəfələrlə demişəm, bura gələndən hansı heyət var idisə, o da qalıb. Nə kimisə göndərmişik, cəmi bir nəfər transfer etmişik. Hər şey də bu heyətlə davam edəcək”.
“Neftçi”nin baş məşqçisi Tovuz klubu ilə görüşdə hər iki cinah müdafiəçilərinin olmamasının nəticəyə ciddi təsir göstərmədiyini söyləyib: “Ortiz zədə aldı və onu məcburiyyətdən dəyişdik. Bizdə 23 futbolçu var və onların hamısı oynamalıdır. Bura oturmağa gəlməyiblər. Heç vaxt demirəm ki, mən yaxşı məşqçiyəm, oyunçular pisdir. Yox. Onlar yaxşı oyunçulardır. İstəyim odur ki, hər matçdan sonra artırsınlar”.
Y.Vernidub bəzi futbolçuların oruc tutmalarının onların çıxışına təsir etdiyini vurğulayıb: “Amma bu, təkcə bizdə deyil. Azərbaycanda olan bütün komandalarda da eyni hal yaşanır. Onların dini etiqadlarını pozmağa özümdə haqq görmürəm. Bunun da öhdəsindən gələcəyik. "Turan Tovuz"da da belə bir şey var. Saat 8-də oyuna çıxmaq, 7-ə kimi yemək yeməmək...”
Mütəxəssis heç vaxt sələfləri barədə danışmağını qeyd edib: “Mənə qədər burada bir baş məşqçi olub. O məşqçi haqda pis bir şey deyə bilmərəm. O, mənim həmkarımdır. Komanda yığıb və gəlmişəm işləməyə. Mən gəlim deyim ki, mənə qədər olan hamı günahkardır, xeyr, bunu heç vaxt deməmişəm, demərəm də. Bacarmaq lazımdır ki, zərbəni ala biləsən və insan olaraq qalasan. Ona görə də indiyə qədər çalışdığım komandalarda da həmişə nəticə olub”.
Vernidub "Neftçi"nin "Qarabağ"la təxirə salınmış matçının mayda keçirilmə ehtimalına da toxunub: “Bu qərarı nə mən, nə də "Qarabağ" verir. Bildiyim qədərilə, PFL verir. Bizə nə vaxt deyilsə, oynamağa hazırıq. Bizə hansısa tarix deyilsə, öz təklifimizi deyəcəyik. Bildiyim qədərilə hər iki komanda tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. Mənim üçün çox maraqlı oyundur. Güclü komandaya qarşı oynamaq maraqlıdır. "Turan Tovuz" çox güclü komandadır, 3-cü yerdədir. Futbolçulara dedim ki, özümüzü yoxlayaq ki, o mərhələyə gəlmək üçün nələr edək. Həyat bununla bitmir. Yolumuza davam edəcəyik. Növbəti oyunda qalib gəlməyə çalışacağıq”.
"Yuventus"da itki
2-ci liqada 2 oyun
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar
"Sabah" - "Barselona" oyununun biletləri satışda
“Dinamo” baş məşqçini istefaya göndərdi
“Qarabağ” və ASA birgə tədbir keçirdi - Şəkillər
Ən çox qazanan futbolçular - Siyahı
Asif Məmmədovdan 18 ilin rekordu
“Borussiya” Bakıya bu heyətlə yollandı - Şəkillər
Rişarlison prezidentliyə namizədi günahlandırdı
"Zirə"nin futbolçusu 100-ə çatdı
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu
Səfərdə 700-cü qol
Rafinya Neymarı geridə qoydu