"Real"ın braziliyalı vingeri Rodriqo Qoes ağır zədədən sonra bərpa prosesinə başlayıb.
QOL.az xəbər verir ki, "kral klubu"nun mətbuat xidmətinin yaydığı məlumata görə, dizində çarpaz bağların qırılması diaqnozu qoyulan futbolçu uğurlu cərrahiyyə əməliyyatı keçirib. 25 yaşlı hücumçunun yaxın vaxtlarda reabilitasiya mərhələsinə başlayacağı bildirilir. Klub hələlik futbolçunun yaşıl meydanlara dəqiq qayıdış vaxtını açıqlamayıb.
Qeyd edək ki, Rodriqo cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 27 matça çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı ulduzun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi