2-ci liqanın “Şəmkir” – “Xankəndi” oyunu baş tutmadı. Səbəb nə oldu? Məlumat verildiyi kimi, komandaların formalarının rənginin oxşar olması.
Məsələyə qaydalar və ya çempionatın əsasnamə baxımından yanaşmaq istəməzdik. Amma PFL-in də yaydığı açıqlamadan görünür ki, bu məsələdə məsuliyyət "Şəmkir" klubunun üzərinə düşür. Elə isə istər-istəməz sual yaranır: bu məsələdə böyüdüləcək nə var idi? Böyük bir rayonda ucuz qiymətə 15 ədəd fərqli rəngdə istənilən oyun forması və ya istənilən geyim, lap adi boğazı yumru, qısaqol mayka tapmaq mümkün deyildi? Nəyə görə sadə, elementar bir məsələyə görə futbolumuzun onsuz da zəif olan imicinə zərbə vurulur?
Yaxın keçmişdə hamı deyirdi ki, regionlarda futbol yoxdur. İndi isə dövlət hər komandaya bacardığı qədər dəstək verir. Futbolda “respect”, “fair-play”, həmçinin Azərbaycanda qonaqpərvərlik kimi anlayışlar var. Bir zamanlar “Bakı” klubu avrokuboklarda rəqibini Bakıda qəbul edərkən rəqibin formasında problem yaranmışdı və klub dərhal özü məsələni həll etmiş, rəqibini oyun forması ilə təmin etmişdi. Əslində qaydalara görə bu “Bakı” FK-nın işi deyildi. Amma futbol naminə bunu etmişdilər. Dəfələrlə bizim çempionatımızda da belə hallar olub: rəqib komandada forma problemi yarananda ev sahibi komanda özü formasını dəyişib.
Sonuncu belə jesti “Qəbələ” komandası etmişdi. Formalar oyundan öncə təsdiqlənməsinə baxmayaraq, qonaq komanda oyuna səhv rəngdə forma gətirmiş və bu forma rəqibin forması ilə eynilik təşkil etmişdi. Qaydaya görə formalar oyundan əvvəl təsdiqləndiyinə görə “Qəbələ” komandası formasını dəyişməsəydi, qonaq komandaya texniki məğlubiyyət veriləcəkdi.
Amma “Qəbələ” klubunun rəhbərliyi təşəbbüs göstərərək öz formasını dəyişmişdi. Belə də olmalıdır. Onsuz da II Liqanın keçirilməsinin əsas məqsədi kütləviliyin artırılmasıdır. Futbolun baş tutması naminə güzəşt və dəstək göstərilməlidir. Rəqib komanda, AFFA nümayəndəsi, hakim-inspektor, hakimlər, çəkiliş qrupu 400 km, təxminən 5 saat yol qət edib gəliblər. Polis və təcili tibbi yardım avtomobili yerindədir, azarkeşlər oyuna bilet alıb tribunada yerini tutub. Təəssüf ki, bu vəziyyətdə “Şəmkir” klubu oyunun baş tutması üçün çalışmaq əvəzinə min bir bəhanə axtarır. Belə olmaz, cənablar!
Dövlət bu pulu heç bir kluna boş yerə ayırmır. Ümumiyyətlə, bu məsələlər çox ciddi araşdırılmalıdır. Rayon icra hakimiyyəti və idman idarəsinin rəhbərliyi komanda rəhbərliyindən baş verənlərlə bağlı hesabat tələb etməlidir. AFFA və PFL isə təqsiri olanlara ciddi cəza tətbiq etməlidir ki, bu hadisə digər komandalar üçün də dərs olsun.
ELNUR
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi