Azərbaycanın güləşçiləri Serbiyanın Zrenyanin şəhərindəki U-23 Avropa çempionatında uğurlu nəticələr göstərməyə davam edirlər.
QOL.az xəbər verir ki, yarışın 2-ci günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan güləşçilər xalçaya çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Ceyhun Allahverdiyev (61 kq) ukraynalı Andrey Şokalyuka tam üstünlüklə (11:0), makedoniyalı Bəşir Aliliyə isə (12:5) hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rəqib ermənistanlı Levik Mikayelyan olacaq.
Ağanəzər Novruzov (74 kq) türkiyəli Muhammet Özmuş (4:1) və moldovalı Yon Markunu (6:1) mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda fransalı Seyfulla İtayevlə bacarmayıb – 2:7. Güləşçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ya isveçrəli Florian Bissiq, ya da gürcüstanlı Saba Kobaxidze olacaq.
Vasif Xudiyev (86 kq) də yarışa 1/4 finaldan qoşulub və italiyalı Qabriele Nikkoliniyə heç bir şans tanımayıb – 10:0. Finalın bir addımlığında rusiyalı Bozigit İslamgereyevə minimal fərqlə (2:3) məğlub olan həmyerlimiz bürünc medal uğrunda Radomir Stoyanov (Bolqarıstan) – Raxim Maqamadov (Fransa) görüşünün qalibi ilə güləşəcək.
Ali Tsokayev (92 kq) bolqarıstanlı Sali Saliyevlə (13:0) ermənistanlı Knyaz İboyanı (11:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Rusiyalı Mustafaqadji Malaçdibirovla gərgin mübarizə şəraitində keçən görüşdən qalib (6:4) ayrılan təmsilçimiz adını finala yazdırıb. Alinin finaldakı rəqibi türkiyəli Fatih Altunbaş olacaq.
Yusif Dursunov (125 kq) rumıniyalı Brian Teçereanı (10:0), ermənistanlı Xaçatur Xaçatryanı (9:3) və belaruslu Stsiapan Mandriki (3:2) üstələyərək finala vəsiqə qazanıb. Yusif həlledici qarşılaşmada rusiyalı Xabib Davudqadjiyevlə güləşəcək.
Qeyd edək ki, bunadək Azərbaycan güləşçilərindən Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video