Xəbər verdiyimiz kimi, 2-ci Liqanın 17-ci turunun “Şəmkir” - “Xankəndi” görüşü baş tutmayıb. Buna səbəb komandaların formalarının rənglərinin oxşar olması olub. Peşəkar Futbol Liqası yaydığı açıqlamada buna görə “Şəmkir” klubunun məsuliyyət daşığını açıqlayıb.
QOL.az xəbər verir ki, hadisə ilə əlaqədar əvvəlcə “Şəmkir” PFL rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə "Xankəndi" komandasının forma uyğunsuzluğu səbəbindən oyuna başlaya bilmədikləri qeyd edilib. Bildirilib ki, "Xankəndi" üzərində nömrələr olmayan, "Barselona" klubunun dizaynına bənzər formalarda meydana çıxmaq istəyib.
"Xankəndi" klubu isə yaydığı bəyanatda matçın baş tutmamasında "Şəmkir"i günahlandırıb:
"Dünən Azərbaycanın futbol üzrə İkinci Liqasının 17-ci turu çərçivəsində keçirilməli olan "Şəmkir" PFK - "Xankəndi" FK oyunu öncəsi yaranmış xoşagəlməz vəziyyətlə bağlı klubumuz ictimaiyyətə hadisənin detalları barədə məlumat verməyi zəruri hesab edir.
Oyundan əvvəl komandaların meydançaya çıxışı və təşkilati prosedurlar zamanı formalarla bağlı texniki problem ortaya çıxıb. Məsələ dərhal oyunun təşkilati məsul şəxslərinin diqqətinə çatdırılmış və qaydalara uyğun şəkildə həll olunması üçün addımlar atılıb.
Bu mərhələdə qarşılaşmanın rəsmi nümayəndələri (AFFA və PFL, eləcə də oyuna təyinat almış hakimlər briqadası və inspektor), o cümlədən yarışın təşkilində iştirak edən qurumların rəsmiləri ilə onlayn formatda təcili müzakirələr aparılıb, yaranmış vəziyyətin aradan qaldırılması və oyunun baş tutması üçün müxtəlif variantlar nəzərdən keçirilib.
Qeyd etmək lazımdır ki, yarışın Əsasnaməsinə uyğun olaraq oyunun əsas təşkilati məsuliyyəti oyuna təyin olunmuş Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndəsinin üzərinə düşür və oyundan əvvəl, oyun zamanı və oyundan sonra onun verdiyi qərar və tələblər bütün iştirakçılar tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.
"Xankəndi" FK olaraq klubumuz yaranmış vəziyyətə baxmayaraq, qarşılaşmanın keçirilməsi üçün bütün mümkün həll yollarını və tövsiyələri dəstəkləmiş, rəsmi şəxslərin qərarlarına uyğun şəkildə hərəkət ediv və oyunun baş tutması üçün üzərinə düşən bütün addımları atıb.
Məqsədimiz çempionatın idman prinsiplərinə uyğun olaraq mübarizənin meydanda baş tutması və azarkeşlərin gözlədiyi oyunun keçirilməsi idi. Bununla yanaşı, baş vermiş hadisənin mahiyyətini tam aydınlaşdırmaq üçün bəzi məqamları xüsusi olaraq qeyd etməyi vacib hesab edirik.
"Xankəndi" FK olaraq komandamız oyuna hazırlıq zamanı Peşəkar Futbol Liqası və AFFA tərəfindən müəyyən edilmiş bütün tələblərə tam əməl edərək stadiona gəlib. Klubumuz oyun üçün iki fərqli rəngdə forma dəstini hazır vəziyyətdə təqdim edib. Qeyd edək ki, AFFA və PFL nümayəndələri, eləcə də hakimlər briqadası və inspektor bunu yerində yoxlayıb dəqiqləşdirdilər.
Yarış qaydalarına əsasən ev sahibi komanda oyundan ən azı iki gün əvvəl hansı forma ilə meydana çıxacağı barədə müvafiq qurumlara və rəqib klubun rəsmi elektron poçt ünvanına məlumat verməlidir. Bu oyunda məlumat ən gec iki gün öncə saat 16:00-dək təqdim olunmalı idi. Qonaq komanda məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir.
Təəssüf ki, "Şəmkir" PFK Əsasnamənin bu tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməyib və ilk problem məhz bu səbəbdən yaranıb.
Bundan əlavə, oyun günü ev sahibi komandanın yalnız bir forma dəsti ilə stadiona gəldiyi və alternativ forma təqdim edə bilmədiyi məlum olub. Yaranmış vəziyyətin aradan qaldırılması və oyunun keçirilməsi üçün müxtəlif həll variantları müzakirə olunsa da, nəticə etibarilə "Şəmkir" PFK komandası bu tövsiyələrin heç birinə məhəl qoymayıb, beləliklə müxtəlif bəhanələr gətirərək oyuna çıxmaqdan imtina edib.
"Xankəndi" FK olaraq bir daha vurğulayırıq ki, klubumuz oyun üçün AFFA və PFL nümayəndələrinin, rəsmi şəxslərin bütün təşkilati, texniki tələblərini və tövsiyələrini nəzərə alaraq tam şəkildə yerinə yetirib və qarşılaşmaya hazır vəziyyətdə olub.
PFL-in hadisə ilə bağlı açıqlamasında göstərilib ki, qonaq komanda olan “Xankəndi” Əsasnamə üzrə problemin yaranmasına görə məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in bütün tələblərini yerinə yetirərək Azərbaycan futbolunun maraqlarına xidmət edib.
Bir daha bəyan edirik ki, biz hər zaman çempionatın idman prinsiplərinə, qaydalarına və Azərbaycan futbolunun maraqlarına sadiq qalmışıq və sadiq qalmaqda davam edəcəyik.
Bununla belə, baş vermiş hadisə ilə bağlı yekun ədalətli qərarın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müvafiq qurumları tərəfindən yarış qaydalarına uyğun şəkildə veriləcəyinə inanırıq".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi