“Bu il əvvəlcə komandanız üçün çətin, sonrası isə yaxşı oldu. Arzu edirəm ki, belə də davam edəsiniz. Bir qədər əvvəl mənə hamınızın tanıdığı məşqçilərdən biri zəng edərək dedi ki, sizi təbrik edirəm. Dedim ki, nə ilə bağlı? Bildirdi ki, kuboku “Qarabağ”a qazandırdığın üçün. Kişi kimi kuboku verdin də “Qarabağ”a”. Qol.Az-ın məlumatına görə, bu sözləri dünən “Qarabağ”ın ölkə kuboku qazanması münasibətiylə keçirilən ziyafətdə çıxış edərkən, PFL-in prezidenti Ramin Musayev deyib.
R.Musayev həmin məşçqinin adını çəkməsə də, onun yerinə utandığını bildirib: “Vallah, mən o adamın yerinə utandım. Oyunu xaricdən gələn bir dığanın idarə etməsinə icazə versəydik, bu halda məni alqışlayacaqdılar. Eybi yoxdur, qoy, bu gün mən kimlərinsə yanında pis olum. Kişinin damarından kişi qanı axar. Hamınız oyuna baxmısınız. Quqlemon əlinə düşən fürsəti dəyərləndirsəydi, necə olacaqdı? ”Qarabağ”a kuboku Allah qismət etdi, Ramin Musayev yox. İyunun 22-də bütün Avropanın diqqəti Avrokubokların püşkatmasında olacaq. O zaman səbətdən “Qarabağ” Azərbaycan adı çıxan zaman, bütün Avropa bir daha Qarabağın məhz Azərbaycan torpağı olmasına əmin olacaq. Bundan böyük siyasət ola bilər? Çoxları məni qınayır ki, çempionatın sonunda “Qarabağ”ın ev oyunlarını Quzanlıda keçirməsi düzgün deyildi. Amma bir şeyə diqqət yetirin. Mayın 9-da ermənilər Şuşada parad keçirirdilər. “Qarabağ” isə doğma Ağdamda, Quzanlıda oyun keçirirdi ki, bu qarşılaşma da AzTV vasitəsiylə bütün dünyaya yayımlanırdı. Amma dığaların paradına heç kim baxmadı.
Bunun özü də siyasətin bir tərkib hissəsi idi. Bildiyiniz kimi, sevimli komandam “Neftçi”dir və mən bunu danmıram. Əgər mənim başqa niyyətim olsaydı, keçmiş rəhbərlər kimi bundan istifadə edərdim. Özünüz də məni yaxşı tanıyırsınız və bilirsiniz ki, buna gücüm çatardı. Ancaq ən əsası düzgünlük olmalıdır. Çoxları deyirdi ki, Qurban Qurbanov premyer-liqada oyunu “İnter”ə verəcək və heç bir əziyyət çəkmədən Avropaya gedəcək. Qurbana yaxşı bələd olduğumdan mən buna inanmadım. Allah onun doğruluğuna görə zəhmətinin qarşılığını verdi”.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza
FİFA prezidenti DÇ-2026-dakı favoritini açıqladı
Slot "Qalatasaray"la bugünkü oyun haqda
"Turan Tovuz"un qapıçısından əla göstərici: 778-ə çatdı
PSJ Yamal üçün ağlasığmaz məbləğ təklif edib
"Turan Tovuz" üçün xüsusi qələbə
Tarixin 70-cisi
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
Zamiq oynadı, komandası əzmkar qələbə qazandı
Xab Alonso "Liverpul"un baş məşqçisi ola bilər