Karyerasını Çinin "Şanxay Şenhua" klubunda davam etdirən Nikolya Anelka maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, Fransa mətbuatına danışan 33 yaşlı futbolçu özü haqda sual doğuran bir sıra məsələlərə aydınlıq gətirib:
"İnsanlar məni tanımadan haqqımda müəyyən fikirlər səsləndirirlər. Soyuqqanlı və eqoist ola bilərəm. Ancaq mənim hər kəsə qarşı münasibətim qarşılıqlıdır. Karyeram boyunca mətbuatla savaşmışam. Lakin yaxın vaxtlarda ən yaxşı müxbirlərə bir mükafat verəcəyik. Onları seçmək elə də asan olmayacaq.
Əksəriyyət futbolçuların daha çox pul qazanmasını anlamır. Amma deməliyəm ki, hər kəs haqq etdiyi pulu qazanır. Qazandığım pulları sadəcə, bahalı maşınlar və ya paltarlar almaq üçün xərcləmirəm. Böyük bir ailəm və çoxlu dostlarım var. Dinimə gəldikdə isə mən müsəlmanam. İnanclarıma çox bağlıyam və bunun sayəsində yüksəlirəm".
Qeyd edək ki, Fransada doğulan Anelka 16 yaşında olarkən İslam dinini qəbul edib.
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi