Xodukin mətbuat konfransına qatılmadı

Xodukin mətbuat konfransına qatılmadı
ÖLKƏ FUTBOLU 23 May 2009 / 21:05 2286
-  A +

"İnter"in baş məşqçisi Valentin Xodukin "Qarabağ"a qarşı keçirilən ölkə kubokunun final matçından sonra mətbuat konfransına qatılmayıb. Qol.Az-ın müxbirinin verdiyi məlumata görə, ardıcıl ikinci il kubokun finalında məğlubiyyət acısı yaşayan ukraynalı məşqçi qarşılaşmadan dərhal sonra əsəbi şəkildə komandasının avtobusuna yollanaraq, orada əyləşib. Xodukinin bu hərəkəti ona baha başa gələcək. Çünki cari mövsümdən etibarən məşqçilər oyunsonrası mətbuat konfransına qatılmadıqları üçün cərimə olunurlar.   

Daha çox


Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza