"Qarabağ"ın qələbəsi məcburi köçkünlərin böyük sevincinə səbəb oldu

ÖLKƏ FUTBOLU 23 May 2009 / 21:30 2784
-  A +

Bu gün ölkə kubokunun finalında "İnter"i məğlub edən "Qarabağ"ın qələbəsi məcburi köçkünlərin böyük sevincinə səbəb olub. Qol.Az-ın məlumatına görə, komandanın möhtəşəm zəfərini azarkeşlər şəhərin mərkəzində qeyd ediblər. Ümumiyyətlə, paytaxtın bir neçə yerində qələbəni qeyd edən "Qarabağ"lı azarkeşlərə rast gəlmək mümkün idi. Xüsusən də Qarabağlı məcburi köçkünlərin daha çox məskunlaşdığı Dərnəgül qəsəbəsində əsl bayram ab-havası hökm  sürürdü. Komandanın bu qələbəsi doğma yurdunu itirmiş insanların dərdinə dərman oldu. Çünki qarbağlılar itirdikləri Qarabağı bu gün məhz sevimli komandalarının timsalında yaşadırlar. Heç şübhəsiz, "Qarabağ"ln kuboku qazanmasında azarkeşlərin də böyük rolu oldu. Əbəs yerə azarkeşləri "12-ci oyunçu" adlandırmırlar. "Qarabağ"ln "12-ci oyunçu"su da bu gün öz işinin öhdəsindən lazımınca gəldi. Çünki 90 dəqiqə ərzində komandalarına möhtəşəm dəstək verən azarkeşlərin bu qələbədə xüsusi yerləri var. Bu gün Tofiq Bəhramov adına respublika stadionunda "Qarabağ"ı təkcə komandanın Bakıda yaşayan azarkeşləri dəstəkləmirdi. "Qarabağ"ı finalda yalnız qoymamaq üçün Ağdamın Quzanlı qəsəbəsindən, həmçinin Quzanlıya yaxın olan ətraf rayonlardan - Bərdədən, Yevlaxdan, Ağcabədidən 500-ə yaxın azarkeş gəlmişdi stadiona. "Qarabağ"ın futbolçuları da yaxşı başa düşürdülər ki, onlar bu gün meydana tək öz mənafeyləri üçün deyil, həm də bu insanlara, öz doğma, ata-baba yurdlarının itirmiş şəxslərə sevinc bəxş etməliydilər.... və etdilər də.
Ümumiyyətlə, "Qarabağ"ın bir müddət əvvəl Quzanlıya yollanması və 3 rəsmi matçı doğma rayonda keçirməsi komandaya yaxşı mənada böyük təsir göstərdi. Birincisi ona görə ki, komandanın azarkeşlərinin sayı daha da çoxaldı. Çünki bu gün Respublika stadionunda elə insanlara rast gəlmək mümkün idi ki, əvvəllər fikirləşməzdin ki, həmin adamı nəvaxtsa stadionda görmək olar. Digər tərəfdən də bu məsələdə klub rəhbərliyinin də düzgün addım atdığını qeyd etməmək səhv olardı. Məhz onların təşəbbüsüylə "Qarabağ"ın ev oyunlarının Quzanlıda keçirməsi baş tutdu. Bu addımın xeyri isə komanda bu gün, qazandığı kubokla verdi.

Daha çox


Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza