AFFA-da təhlükəsizlik qaydaları üzrə seminar (FOTOLAR)

XƏBƏR 30 Oktyabr 2012 / 14:22 1512
-  A +

Bu gün AFFA Futbol akademiyasının konfrans zalında Azərbaycan Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələri üçün  ilə 2013-2014-cü il lisenziyalaşdırma mövsümünə həsr olunmuş Təhlükəsizlik qaydaları üzrə seminar keçirilib. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, lisenziyalaşdırma qrupunun Maliyyə və Kadr-İnzibati Meyarlar üzrə eksperti Bəhram Dadaşov, PFL-in Təhlükəsizlik şöbəsinin rəisi Vaqif Sadıxov, PFL-in Təhlükəsizlik şöbəsinin əməkdaşı Mamed Şirəliyev və Lisenziyalaşdırma qrupunun UEFA ilə əlaqələndiricisi Anar Kazımlının iştirak etdiyi seminarda klublara təhlükəsizlik qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Klub nümayəndələrinə oyun oncəsi, oyun zamanı və oyundan sonra görülən təhlükəsizlik tədbirləri, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq barədə məlumat verilib. Klubların azarkeşlərlə əlaqələndirici şəxslərinə fanatlar arasında maarifləndirmə işinin aparılması tövsiyə olunub.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq