Kubok "Qarabağ"a qismət oldu

ÖLKƏ FUTBOLU 23 May 2009 / 19:53 2887
-  A +

Qol.Az saytı bu gün saat 18:00-dan etibarən ölkə kubokunun finalı çərçivəsində keçiriləcək “Qarabağ” - “İnter” matçından canlı-mətn reportaj yayımladı.

“Qarabağ” - “İnter” 1:0 
Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov, Əliyar Ağayev, Anar Salmanov
Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev 
Komandaların heyətləri:
"Qarabağ": 1. Fərhad Vəliyev, 2. Elnur Allahverdiyev, 3. Aftandil Hacıyev (13. Zəkəriyyə Ramazani), 5. Maksim Medvedyev, 6. Rəşad Sadiqov, 8. Aslan Kərimov (k) (10 Artim Şakiri), 14. Namiq Yusifov, 18. Zaur Ramazanov, 19. Emin İmaməliyev (11. Sedat Saini), 20. Vaqif Cavadov, 24. Admir Teli
"İnter": 1. Raymundo Vilson, 9. Samir Abbasov (k), 4. Danielo Assioli, 15. Vladimir Levin, 16. Marko Petroviç, 13. Branislav Çervenko (3. Ruhid Usubov), 25. Cavid Hüseynov (30. Vladimir Kolisniçenko), 14. Petar Zlatinov (28. Aurelio Avqusto), 18. Qoran Arnaut, 24. Andrey Rubins, 22. Valter Quqlemon
QOL: Vaqif Cavadov (57)


Oyun başladı. Matça meydanın mərkəzindən "Qarabağ" başladı.
2. Oyunda ilk künc zərbəsini "Qarabağ" yerinə yetirdi. Lakin "İnter"in müdafiəçiləri topu uzaqlaşdıra bildilər.
4. "İnter" ardıcıl iki künc zərbəsi yerinə yetirsə də, "Qarabağ"ın müdafiəçiləri səhvsiz oynadılar.  
5.
Qapıya ilk zərbəni "İnter"dən Petar Zlatinov vursa da, zərbəsi bir o qədər də güclü alınmadı.
7. "Qarabağ"ın heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Əslində buna məcburi əvəzetmə deməliyik. Çünki Zaur Həşimov zədə aldığından, oyunu davam etdirə bilmədi. Onu Zəkəriyyə Ramazani əvəzlədi.
10. "İnter"in hücumu təhlükəli alına bilərdi. Lakin "Qarabağ"ın müdafiəçiləri Rubinsin irəliləməyinə imkan vermədilər.
12. "İnter" oyunda ilk 100 faizli qol epizodunu yaratdı. Quqlemonun ötürməsindən sonra Zlatinov qapıya zərbə endirsə də, "Qarabağ"ın kapitanı Aslan Kərimov topu boş qapıdan çıxardı. 
14. "Qarabağ"ın cavabı özünü çox gözlətmir. Zaur Ramazanovun zərbəsi təhlükəli alınsa da, top çərçivəyə düşmədi.  
18. Oyunda ilk sarı vərəqə "Qarabağ"dan Namiq Yusifova göstərildi. O "İnter"in üzvü Zlatinova qarşı kobud oynamışdı.   
23. "Qarabağ"ın daha bir futbolçusu sarı vərəqəylə cəzalandı. Bu dəfə Elnur Allahverdiyev rəqibinə qarşı kobud oynadı. "Qarabağ"ın artıq iki müdafiəçisinin hesabında sarı vərəqə var. Buna görə də onlar matçın növbəti dəqiqələrində diqqətli olmalıdırlar.  
24. Rubinsin "Qarabağ"ın cəərimə meydançasına doğru növbəti ötürməsi. Lakin Ağdam klubunun arxa xətt oyunçuları yenə də dəqiq oynayırlar.  
30. "İnter" oyun ərzində artıq dördüncü küncə zərbəsini yerinə yetirsə də, bu dəfə də "Qarabağ"ın arxa xətti diqqətli oynadı.
31. Qarşılaşmanın artıq ilk 30 dəqiqəsi - üçdə biri arxada qaldı. İlk yarım saat haqda onu deyə bilər ki, "İnter" ərazi üstünlüyə malikdir. "Qarabağ" isə rəqibini əks hücumda yaxalamağa çalışır.  
32.
Bu dəfə "Qarabağ" künc zərbəsini yerinə yetirsə də, rəqin qapısı qarşısında təhlükə yatarmaq mümkün olmadı.
34. "Qarabağ" hesabı aça bilərdi. "İnter"in qapıçısı ilə müdafiəçi arasında yaranmış anlaşılmazlıq az qala qolla nəticələnəcəkdi. Lakin Vilson son anda topu tuta bildi.
39. Zlatinovun qüvvətli zərbəsi qapının xeyli üstündən keçdi.
42. Zaur Ramazanovun ötüməsindən sonra Vaqif Cavadov sürəti hesabına "İnter"in cərimə meydançasına daxil olsa da, Vladimir Levin hücumçunun qarşısını ala bildi.
45. Zaur Ramazanov iki müdafiəçidən sıyrılsa da, "İnter"in müdafiəçiləri sonradan topu ondan alırlar.  
Vüsal Əliyev birinci hissənin sonuna 1 dəqiqə əlavə etdi.
45+1. "İnter"in arxa xətti bu dəfə də Ramazanovun qarşısını kəsə bildilər.
Birinci hissə başa çatdı.
İkinci hissə başladı.
47.
İkinci hissədə ilk hücumu "İnter" qursa da, "Qarabağ"ın müdafiəçiləri təhlükəni sovuşdura bildilər.   
48.
Qoran Arnautun təhlükəli zərbəsi qapının üstündən keçdi.  
50.
"İnter"in heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Avqusto meydana daxil oldu. O Petar Zlatinovu əvəzlədi.
55. "İnter"in heyətində ilk sarı vərəqəni Qoran Arnaut aldı. O Aslan Kərimova qarşı kobud oynamışdı.  
56. Hakim penalti təyin etdi. "Qarabağ" onbirmetrlik cərimə zərbəsi yerinə yetirəcək. Samir Abbasov cərimə meydançasınnı daxilində Elnur Allahverdiyevə qarşı kobud oynadı.
57. QOLLLLLLLL. "Qarabağ" 1:0 irəlidədir. Vaqif Cavadov vurduğu qüvvətli zərbəylə topu uzaq küncə göndərdi.
58. Xodukin daha bir əvəzetməyə əl atdı. Cavid Hüseynovu Kolisniçenko əvəzlədi.
61. "Qarabağ" rəqibini əks hücumda yaxaladı. Lakin Emin İmaməliyevin ötürməsini son anda Vladimir Levin küncə çıxara bildi. 
62. Künc zərbəsi bir o qədər də təhlükəli alınmadı. Vilson topu oyuna qapı xəttindən daxil edəcək. 
63. "Qarabağ" daha bir əks hücum qurdu. Lakin Zaur Ramazanov topu istədiyi kimi saxlaya bilmədi. Əgər Zaur topu yaxşı saxlaya biləydi, yəqin ki artıq hesab 2:0 olardı.  
67. "İnter"in heyətində daha bir futbolçu sarı vərəqəylə cəzalanır. Söhbət ikinci hissədə meydana daxil olmuş Avqustodan gedir. 
69. "İnter" hesabı bərabərləşdirə bilərdi. Lakin Vladimir Levinin zərbəsi təhlükəli alındı.    
73. Zaur Ramazanovun daha bir zərbəsi yaddaqalan oldu.
76. Rubinsin cinah keçidi təhlükəli alınmadı.
77. "İnter"in heyətində sonuncu oyunçu əyişikliyi baş verdi. Çervenkonun əvəzinə gənc futbolçu Ruhid Usubov meydana daxil oldu.
79. Rəşad Sadiqov topa toxuna bilsəydi, "Qarabağ" ikicnim qolu vura bilərdi. 
80. "Qarabağ"ın heyətində daha bir əvəzetmə. Aslan Kərimovu Artim Şakiri əvəzlədi.  
83. Usubovun ötürməsi təhlükəli alınsa da, topa toxunan olmadı.
85. Quqlemonun hava ötürməsindən sonra Fərhad Vəliyev ikinci həmlədə topu tuta bildi.
86. Emin İmaməliyevin uzqdan zərbəsi qapının üstündən keçdi.
87. Quqlemonun baş zərbəsi təhlükəli alınsa da, Fərhad Vəliyev topa inanılmaz reaksiya göstərərək, qola imkan vermədi.
89. Auqusto hesabı bərabərləşdirə bilərdi. Lakin hücumçunun ayağı boşa çıxdı.  
Hakim ikinci 45 dəqiqəyə 3 dəqiqə əlavə etdi.
90+1. Vaqif Cavadov oyunun taleyini həll edə bilərdi. Lakin zərbəsi qapıdan aralı keçdi.
90+2. "Qarabağ"ın heyətində sonuncu dəyişiklik. Emin İmaməliyevi Sedat Saini əvəzlədi.  
Oyun başa çatdı.
XVII Azərbaycan kubokunun qalibi "Qarabağ" oldu. Tarixində üçüncü dəfə ölkə kubokuna sahib çıxan ağdamlılar bununla da Azərbaycanı Avrokuboklarda təmsil edəcək dördüncü komanda oldu.

Daha çox


Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza