“Turan”nın yarımmüdafiəçisi Ender Günlünün Qol.Az saytına müsahibəsi
- Bir müddət AZAL-da oynadıqdan sonra Azərbaycandan getsən də, yenidən ölkəmizə qayıdıb “Turan”da çıxış etməyə başladın. Bu, necə baş verdi?
- Komandamızın keçmiş baş məşqçisi Əsgər Abdullayev müəllim mənimlə əlaqə saxlayıb “Turan”da görmək istədiyini bildirdi. Mən də təklifini qəbul etdim.
- Amma Əsgər Abdullayev komandadan ayrıldı. “Turan”ım içində olan bir şəxs kimi deyə bilərsənmi bu necə baş verdi?
- İstefa mənim üçün gözlənilməz oldu. Bu, klub rəhbərliyinin qərarıdır. Mənim işim futbol oynamaqdır. Ona görə bu barədə nəsə deyə bilmərəm.
- Son turda doğma meydanda AZAL-a qalib gəldiniz oyunda vurulan yeganə qolun müəllifi sən oldun. Həmin oyun barəsində fikirlərini bilmək istərdik
- Əfqan Talıbov komandaya yeni baş məşqçi təyin olunub. İlk görüşündə AZAL üzərində qələbə qazandıqdan sonra komandamızda əhval-ruhiyyə çox yaxşıdır. Türklər demiş, hava üstünə, hava gəldi (gülür). Oyuna çox yaxşı hazırlaşmışdıq. AZAL-la çətin oyun olacağını bilirdik. Bu matça yaxşı motivasiya olmuşduq. Həmin oyunda qol vurduğum üçün çox sevinirəm.
- “Turan”dan daha öncə AZAL-da çıxış etdiyini nəzərə alsaq, həmin oyun sənin üçün prinsipial idimi?
- Xeyr. Ancaq hər bir futbolçu keçmiş komandasına qarşı oynayanda özünü yaxşı tərəfdən göstərməyə çalışır. Həmçinin bu sözləri özümə aid edərdim. Həmin oyunda üç xalı gətirən qolu vurduğum üçün çox sevinirəm.
- Növbəti turda isə səfərdə “Qəbələ”nin qonağı olacaqsınız.
- Hazırda komandamız yaxşı əhval-ruhiyyədədir. Bu oyuna yaxşı hazırlaşırıq. Hər iki komandanın on xalı var. Ona görə də bu oyun çətin olacaq. Onlara da yeni baş məşqçi təyin olunub, bizə də. Hansı komanda qalib gəlsə, turnir cədvəlində irəliləyəcək. Həmçinin Qəbələnin ev sahibi olması bizim işimizi çətinləşdirir. Amma biz səfərə qələbə qazanmaq üçün gedəcəyik.
- Səncə, komandanız bu il mövsüm Premyer Liqada yerini qoruyub saxlaya biləcək?
- İnşallah. Çünki hazırda komandada yaxşı futbolçular var. Bizim komandada hər futbolçu öz üzərinə düşən işin məsuliyyətini dərk edir. Bizdə yerli və legioner futbolçu arasında heç bir fərq qoyulmur. Hər birimiz bu yola birlikdə çıxmışıq və sona kimi birlikdə gedəcəyik. İnanıram ki, bu il “Turan” çempionatda qalmağı bacaracaq.
- Tovuzda darıxmırsan?
- Bir az darıxıram. Tovuz balaca rayon olduğundan burada Bakı və digər böyük şəhərlərlərdə olduğu kimi boş vaxtını sərf etməyə əyləncə məkanları yoxdur. Buradakı işim ancaq məşq etmək, yemək və yatmaqdan ibarətdir (gülür). Mən adətən böyük şəhərlərdə yaşamışam, ona görə mənə çətin gəlir. Amma alışmaq lazımdır.
- Bəs boş vaxtlarında nə edirsən?
- Ailəm hazırda Fransada yaşayır. İnternet vastəsilə onlarla danışıram, musiqi dinləyirəm və s. Çünki, başqa etməli bir şey yox.
- Adətən mətbuatda “Turan”da maddi problemlər olması haqda xəbərlər yazılır. Hazırda komandada maddi cəhətdən vəziyyət nə yerdədi, maaşlarınız vaxtında verilir?
- Hansısa problem yoxdur. Komanda yaxşı oyun göstərdiyinə görə vaxtında pulumuzu alırıq. Gələcəkdə necə olacaq, onu zaman göstərər.
- Bu mövsüm çempionluq üçün hansı komandanın şanslarını yüksək qiymətləndirirsən?
- Fikrimcə, bu dəfə də “Neftçi” birinci olacaq. Çünki onlar həqiqətən yaxşı futbolçulara sahib komandadılar.
- “Neftçi”dən söz düşmüşkən bakılıların Avroliqadakı oyunlarını izləyirən?
- Bəli.
- Səncə, “Neftçi” qrup mərhələsində neçənci yeri tutacağı daha realdır?
- Əvvəla onu demək istəyirəm ki, həqiqətən çox güclü qrupda mübarizə aparırlar. Sözsüz, qrupun favoriti İtaliya “İnter”i dir. Çox istərdim ikinci olsunlar. Bu biraz çətindir. Çünki ilk dəfədir onlar qrup mərhələsində çıxış edirlər. Orada yetərincə Avropa təcrübəsi olan “Rubin”, “Partizan” kimi komandalar var. Amma inanıram ki, ən azı üçüncü olmağı bacaracaqlar.
Şükür CAVAD
Ötən il əfsanəvi futbolçulardan kimlər karyerasını bitirdi?
Yığma qalib gəlsə, böyük məbləğdə pul mükafatı alacaqlar
"Barselona" misirli futbolçunu transfer edir?
"Mançester Yunayted" Matetaya göz dikdi
"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
"Aston Villa" braziliyalı hücumçunu transfer etdi
Zədələndiyi üçün transfer siyahısından çıxarıldı
Mareskanın yerinə əsas namizəd odur
"Borrusiya"dan "Braytona" keçir
"Qalatasaray"ın müraciəti rədd edildi
Obameyanq qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Slot: "Frimponqu sürətinə görə aldıq"
"Çelsi" Mareskanı göndərdi - Rəsmi
"Real" Vinisiusla danışıqları bərpa edir
Dünyanın ən bahalı yarımmüdafiəçiləri
Modriç: "Ofisiant olmaq istərdim"
“Şaxta Babaya inanırdım” - Yuri Vernidub
Tanınmış məşqçidə xərçəng aşkarlandı
Misli Premyer Liqası: İlk yarının təhlili
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
"Real" onunla müqaviləni uzadacaq
"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı
"Mən səni çox sevirəm"
Neymarla yeni müqavilə imzalandı
“Çelsi” bu gün Mareska ilə yolları ayıra bilər
Afrika Millətlər Kubokunda 1/8 finalın bütün cütlükləri
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər