Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun Qol.az saytına müsahibəsi
- Dünən DÇ-2014-ün seçmə oyununda səfərdə Rusiyaya minimal hesabla məğlub olduğunuz görüş haqda nə söyləyə bilərsən?
- Biz oyundan ən azı bir xalla ayrılmaq istəyirdik. Hər şey öz qaydasında gedirdi. Yaxşı hücumlarımız olmasa da, yüksək səviyyədə müdafiə olunurduq. Bəlkə də rəqib azarkeşlərin himnimizi fitə basması bizə əlavə stimul verdi ki, oyuna yaxşı köklənə bildik. Oyun başlar-başlamaz hücuma atıldıq. Sadəcə, qarşılaşmanın sonlarına yaxın hakimin qərarı həlledici oldu.
- Matçın ilk 15 dəqiqəsini rəqibinizi qapısına doğru sıxışdırdınız. Bəs sonradan nə baş verdi ki, taktikanı dəyişərək geri çəkildiniz?
- Bildiyimiz kimi Rusiya yığması adi koman deyil. Çox güclü bir rəqibdir. Onlar istəyirdi ki, doğma azarkeşlər qarşısında erkən qol vuraraq, daha rahat oynasınlar. Bu da baş vermədikcə təzyiqi artırmağa başladılar. Biz bunun qarşısını almaq üçün müdafiəyə daha çox diqqət etməyə çalışırdıq.
- Süni ot örtüyü, soyuq hava şəraiti komandanın oyununa nə kimi təsir etdi?
- “Lujniki”də süni ot örtüklü meydança, bizdəkində daha yaxşıdır. Bu amil və hava şəraiti yığmamız üçün o qədər də problem yaratmırdı. Əksinə bəzən soyuq havada oynamaq daha rahat olur, futbolçu daha çox qaçır.
- Matç heç-heçəyə doğru gedirdi. Hesabı niyə qoruyub saxlaya bilmədiniz?
- Ruslar bizə yuxardan aşağı baxırdı. Fikirləşirdilər ki, Azərbaycanı böyükhesabla məğlub edəcəklər. Bunu bildiyimiz üçün də hər şeyə hazır idik. Yaxşı müdafiə olmaqla rəqibin əsəbləri ilə oynadıq. Daha bir 90 dəqiqə oynasaq da, ruslar bizə qol vura bilməyəcəkdi. Onların dadına hakimin səhv qərarı çatdı. Həmin epizodda penalti yox idi. Çünki qayda pozuntusu cərimə meydançasından kənarda baş vermişdi.
- Ümumilikdə, hakimin idarəçiliyinə necə qiymət verirsən?
- Makedoniyalı hakimin ruslara simpatiyası var idi. Yanlış penalti qərarı olmasaydı, bir xalla vətənə geri dönə bilərdik. Bir sözlə, Azərbaycan yığması hakim səhvinə görə uduzdur.
- Futbol mütəxəssisləri milliləşdirilmiş legioner Əli Gökdəmirin oyunundan narazıdılar.
- Mən öz komanda yoldaşım haqda hansısa fikir bildirmək istəməzdim. Ancaq düşünürəm ki, Əlinin yaxşı çıxış etməsinə təcrübəsi çatmadı.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı