“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev Qol.Az saytına müsahibəsində "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu axşam Rusiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının şanslarını dəyərləndirib:
- Bu gün millimiz Moskvanın “Lujniki” stadionunda Rusiya komandası ilə qarşılaşacaq. Bu qarşılaşma haqda nə düşünürsən?
- Bir neçə il bundan öncəkinə baxanda Rusiya millisi xeyli güclənib. Xüsusən də ruslar baş məşqçi Kapellonun gəlişindən sonra möhtəşəm oyun nümayiş etdirirlər. Hazırda onlar yüksəlişdədirlər. Bunu onların oyunlarıyla görmək olar. Hazırda qrupun lideridirlər. Qapılarından bir top belə buraxmayıblar. Fikirləşirəm ki, millimiz üçün çox çətin bir matç olacaq.
- Necə düşünürsən, Azərbaycan yığması Moskvadan xalla dönə biləcəkmi?
- Məncə, ciddi səhvlərə yol verməsək, bunu bacararıq. Sadəcə, müdafiədə olan problemlər bir az inamlı danışmağımıza mane olur. Çox heyfslər olsun ki, Rəşad ruslara qarşı forma geyinə bilməyəcək. Lakin inanıram ki, baş məşqçi bu problemin öhdəsindən gələcək. Şəxsən mən millimizin heç-heçə edərək ən azı bir xalla dönə biləcəyinə inanıram.
- Səncə, Rəşad Sadıqovun oynamaması millimizin oyununa nə kimi təsir göstərəcək?
- Əlbəttə ki, Rəşadın yoxluğu komandanın müdafiə xəttində problemlər yarada bilər. Əgər Rəşad çıxış etsəydi, daha güvənli danışmaq olardı. Lakin bildiyimə görə, baş məşqçi Berti Foqts Rəşadın mövqeyində Ruslan Abışovu oynadacaq. İnşallah, Ruslan işinin öhdəsindən məharətlə gələr.
- Hazırda yığmamızın düşərgəsində olmaq istərdinmi?
- Əlbəttə. Böyük məmnuniyyətlə. Zarafat deyil, mən neçə illərdi ki, millinin şərəfini qorumuşam. Ona görə də, Azərbaycan yığması mənim üçün çox doğmadır. Mən milli komanda üçün çox darıxmışam.
- Hazırda millidə Kamran Ağayevlə rəqabətə girəcək qapıçı demək olar ki, yoxdur. Yığmada xeyli sayda oyun keçirmiş və Avropa təcrübəsinə malik qapıçı kimi özünü Kamranla rəqabətə hazır hesab edirsənmi?
- Bilirsiniz, rəqabət olan yerdə daim inkişaf və yaxşı nəticələr olur. Həm millidə, həm də klubda daim rəqabət olmalıdır. Biz Kamran Ağayevlə birgə uzun illər millinin şərəfini qorumuşuq. Hər zaman bir-birimizə qarşı rəqabət aparmışıq. Yaxşı bilirsiniz ki, mən də uzun müddət millinin bir nömrəli qapıçısı olmuşam. Sonradan güclü rəqabət olduğu üçün ya Kamran əsas heyətdə qapını qoruyurdu, ya da mən meydana çıxırdım. Mən özümə, təcrübəmə və potensialıma inanan, bələd olan insan kimi bu rəqabətin yenidən Kamranla aramızda olacağına inanıram. İnşallah, klubumda oyunlarımın sayını artıraraq milli komandanın şərəfini qorumaq üçün çox çalışacam.
- Azərbaycan Premyer Liqasının oyunlarında çətin “Turan” və “Kəpəz” səfərlərində qapını toxunulmaz saxlayaraq, komandana dörd xal qazandırdın. Səncə, niyə Berti Foqts sənə dəvət göndərmədi?
- Əlbəttə ki, Tovuz və Gəncə təmsilçiləriylə oyunlarda komandanın qapısını toxunulmaz saxlamaq hər qapçıya müyəssər olmur. Bu amil qapıçılar üçün yaxşı hesab edilir. Bilirsiniz ki, “Turan” evdə “İnterin” və “Xəzər Lənkəran” kimi güclü komandaların hərəsinin qapısından iki top keçirib. Mən isə qapını toxunulmaz saxlayraq komandamın qalib gəlməsinə yardımçı oldum. “Kəpəz”lə oyunda da, “Qarabağ”ı bir neçə real qol epizodlarından xilas etdim. Nəticədə evə bir xalla döndük. Mən düşünürəm ki, milinin məşqçiləri həm Uil Ştayn, həm də Berti Foqts mənə şans verməliydilər. Lakin bu olmasa da, inanıram ki, tezliklə milliyə dəvət alacağam. Çox istəyirəm ki, millidə mənə bir daha şans versinlər. Çünki mənim hələ 32 yaşım yoxdur. Ancaq bunun müqabilində millidə və Avropada böyük komandalara qarşı oynayaraq, yüksək təcrübə toplamışam. Millinin qələbələrində və heç-heçələrində də, böyük pay sahibi olmuşam. Məni və göstərdiyim xidmətləri unutmaq düzgün olmazdı. Düşünürəm ki, Azərbaycan futboluna hələ bir neçə illər yüksək səviyyədə xidmət göstərə biləcəyəm. Mən qapıçıların məşqçisi Uil Ştayn və baş məşqçi Berti Foqtsdan milliyə dəvət gözləyirəm.
- Berti Foqtsun gəlişindən sonra millidə nə dəyişib?
- Mən deyərdim ki, çox şey. Birincisi, millimiz ilk dəfə olaraq hesabına yeddi xal yazmağı bacardı. İkincisi, yığmanın daxilində gözəl nizam-intizam höküm sürür. Üçüncüsü də, daha millimiz güclü komandalara qapazaltı olmur. Artıq istənilən güclü komandaya qarşı oyunda hər kəs millidən yaxşı nəticə gözləyir. Belə davam etsək, gələcəyimiz əla olacaq.
- Portuqaliyanı məğlub edən ruslarla oyunda komandamızın şanslarını necə görürsən?
- Düzdü, bu qarşılaşmada üstünlük rusların tərəfindədir. Onlar doğurdan da, güclü komandadır. Lakin futbolçularımız baş məşqçi Berti Foqtsun verdiyi tapşırıqları düzgün yerinə yetirə bilsələr, sürpriz etmək olar. Səfərdən ən azından bir xalla dönə bilərik.
Əli HƏYATİ
Tramp klublararası dünya çempionatının finalında olacaq
"Kəpəz"dən növbəti transfer - Rəsmi
"Arsenal" onunla yeni müqavilə imzalamağa yaxındır
"Barselona" onu Levandovskinin əvəzi kimi istəyir
“PSJ favoritdir, amma biz qalib gələcəyik”
"Real" 20 yaşlı hücumçunu transfer etdi
"Zirə" İordaniya klubuna qalib gəldi
"İmişli"də yeni müqavilə - Rəsmi
“Mən də Haaland, Keyn və Levandovski səviyyəsindəyəm”
"Mançester Yunayted"də ciddi itki
Emreli yoxlama oyununda yenə qol vurdu
"Real" Vinisiusla aparılan danışıqları dayandırdı
"Barselona"da 4 illik müqavilə
"Karvan" braziliyalı futbolçu transfer etdi
"Kəpəz"dən Ehtiram Şahverdiyev qərarı
Pioli rəsmən "Fiorentina"da
“Qəbələ” yeni transferini açıqladı
"Bayer" ABŞ millisinin üzvünü aldı
“Turan Tovuz” “Traktor”la qarşılaşacaq - Rəsmi
"Sabah"ın rəqibində ayrılıq
Levandovskinin yeni imici - Şəkillər
Azərbaycan klublarının mövqeyi məlum oldu - Dünya reytinqi
Donnarummanı transfer etmək istəyən nəhəng klub
Lui van Qal xərçəngə qalib gəldi
DÇ-2030-un finalı bu stadionda keçiriləcək
“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer
“Komandamızın çıxışı gələcəyə ümid verdi” - Qurban Qurbanov
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi