Millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi.
- Bugün millimiz DÇ-2014 ilin seçmə mərhələsi çərçivəsində səfərdə Rusiyanın qonağı olacaq. Bu görüş barəsində düşüncələriniz necədir?
- Baxmayaraq ki, bugün ruslar liderdi, istənilən komandaya qarşı oynamaq mümkündür. Fikrimcə, Rusiya seçməsi Portuqaliyayla qarşılaşmada daha çox güc sərf edib. Hazırda qrupun lideridir və psixoloji cəhətdən Azərbaycan millisinə imkan yaranıb ki, ruslara qarşı yaxşı oyun sərgiləsin. Şimal qonşularımızın son oyunu göstərdi ki, bu komandaya qarşı oynamaq olar. Biz bir şey başa düşməliyik ki, inamlı təsir bağışlamaqla nəticə əldə edə bilərik.
- Ruslar evdə Avropanın güclülərindən olan Portuqalları məğlub edirsə, millimiz meydan sahibinə qarşı oyunda nə edə bilər?
- Düşünürəm ki, portuqallar Rusiya yığmasından qat-qat yaxşı oyun sərgilədi. Bir də ki, əgər biz düşünürüksə ki, ruslar Portuqaliyanı məğlub edibsə bizi də məğlub edəcəklər, o zaman heç meydana çıxmağımız lazım deyil. Bu anlayışla oyuna hazırlaşmaq olmaz. Düzdür, rəqib güclü hesab edilir. Rusiya millisi daha çox müdafiədən oynamağa üstünlük verir. Üç oyun ərzində qapılarında bir top buraxmamaları buna sübutdur. Daha çox əks –hücumda 2-3 epizod yaradıb ondan istifadə edərək qələbələr qazanıblar. Biz rusların ən yaxşı vaxtında belə onlara müqavimət göstərə bilmişik. Hesab edirəm ki, hər bir rəqibə qarşı oynamaq olar. Öz təcrübəmdən istifadə edərək deyə bilərəm ki, bizim o qədərdə zəif yığmamız yoxdur. Azərbaycan yığması meydançaya gərək böyük inamla çıxsın.
- Bugün biz “Lujniki”də hansı üstünlüyə malik olacağıq və rəqibə qarşı nə edə bilərik?
- Bizim ən yaxşı silahımız komanda şəklində mübarizə aparmağımız olacaq. Mən bugünkü gün futbolda komanda şəklində oynayan milliləri daha güclü və effekt hesab edirəm. Yəqin ki, Berti Foqts lazım olan tətbiqini aparıb və cinahlarda, orta xəttdə güclü olan Rusiya yığmasını zərərsizləşdirməyə çalışacaq. Çalışmalıyıq ki, qapımıza tərəf qapanmayaq. Rəqibə mərkəzdə presinq tətbiq etməklə topa sahib olmalıyıq. Bütün oyunu mərkəzdə keçirmək lazımdır.
- Rusiyanın Portuqaliyanı məğlub etməsi, millimizə psixoloji cəhətdən necə təsir göstərə bilər?
- Elə əsas da, budur ki, komandamız birinci növbədə psixoloji cəhətdən güclü olmalıdır. Əgər biz Portuqaliyanın “Lujniki”də məğlub olduğuna görə ruslardan qorxuruqsa, onda meydançaya çıxmasaq daha yaxşı olar. Lakin futbolçularımızın mediaya verdikləri müsahibələrdən də görürük ki, onlar Rusiyadan çəkinmirlər. Fikrimcə, komandada ruh yüksəkliyi çox yüksəkdir.
- Oyunla bağlı hansısa proqnoz vermək istəmirsiniz?
- Məncə, millimiz “Lujniki”də heç-heçə edə bilər. Düzdür, əksəriyyət fikirləşir ki, Rusiya çox güclüdür və inamlı qələbə qazanacaq. Lakin rəqib futbolçularının fərdi ustalığının heç də, bizimkilərdən yüksək olduğunu demək olmaz. Bugün onlar komanda şəklində daha yaxşı təsir bağışlayır. Vacib olan şey budur ki, futbolçularımız nəyə qadir olduqlarını sübut etsinlər.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər