Rusiya millisinin sabiq üzvü Serqey Kiryakov DÇ-2014-ün sabah keçiriləcək Rusiya-Azərbaycan matçı öncəsi ölkəsinin “Sport uik-end” nəşrinə müsahibə verib. Qol.Az həmin müsahibəni sizə təqdim edir.
- Rusiya millisinin seçmə mərhələdəki növbəti çıxışlarından nə gözləyirsiniz?
- Qrupdan çıxmaq uğurunda mübarizə iki komanda arasında gedir. Bu mənada əsas diqqətlərin Rusiya ilə Portuqaliyanın öz aralarında keçirdikləri oyunlara yönəlməsi təbiidir. Düşünmürəm ki,Portuqaliyanın Moskvada məğlub olması onların üstünlüklərini itirməsi anlamına gəlir. Hələ əsas mübarizə irəlidədir. O ki qaldı bizim milliyə, Kapellounun gəlişindən sonra komandadakı nizam-intizam yüksək səviyyəyə çatıb. Uşaqlar hansı vəziyyətdə necə hərəkət etməli olduğunu bilirlər.
- Demək olar, Rusiya millisi özünə lazım olan məşqçini tapıb?
- Bu suala dərhal cavab vermək olmaz ki, Kapello nəyisə nəzərəçarpacaq dərəcədə dəyişib. İtaliyalının fəaliyyəti haqqında tam fikoir söyləmək üçün zamana ehtiyac var. Kapello artıq əvvəlki kimi diktator deyil. Bugün baş məşqçi futbolçularla yaxşı ünsiyyət qurmağı bacarmalıdır ki, mən bilən italiyalıda bu xüsusiyyət var.
- Azərbaycan millisi ilə oyundan nə gözləyirsiniz?
- Bəzi narahatlıqlar var ki, bu da uşaqların əsas rəqib üzərindəki qələbədən sonra arxayınlaşmasıdır. İkinci bir məqam da ondan ibarətdir ki, komanda belə ağır oyundan sonra tez bir zamanda bərpa oluna biləcəkmi? Üçüncü məqam isə odur ki, ola bilsin, Azərbaycan bizə qarşı bizim Portuqaliyaya qarşı oynadığımız kimi oynasın.
- Sözlərinizdən belə çıxır ki, sabahkı oyun portuqallarla oyundan daha çətin keçəcək?
- Bəli. Portuqaliya elə komandadır onlarla oyunda nəticə üçün nəyisə güzəştə getməlisən. Çünki Avropanın ən güclü millilərindən birinə qarşı oynayırsan. Azərbaycan millisinə gəlincə, onların oyunlarını görməmişəm. Ancaq əsas məsələ heç də bundan ibarət deyil. Əgər Azərbaycan millisindən çəkiniriksə, o zaman dünya çempionatında nə işimiz var?!
- Rəqib komandanın başında Berti Foqts kimi nüfuzlu məşqçi dayanıb. Bunu necə qiymətləndirərdiniz?
- Onu yaxşı tanıyıram. Ancaq bu səviyyədə olan məşqçi belə, çətin ki, əlinin altında olan o cür “materiallar”la nə isə edə bilsin. Bir sözlə, Foqts yaxşı məşqçidir, amma bu “materiallar”la o, neyləyə bilər? Rusiya millisinin futbolçuları Azərbaycan millisində forma geyinən futbolçulardan daha səviyyəlidir. Anlayıram ki, Kapello bu mənada çox çalışacaq ki, onları bu oyuna lazımi qədər kökləsin. Ümid yalnız onadır ki, uşaqların hamısı təcrübəlidir. Portuqaliya üzərində qazanılan qələbədən sonra, Azərbaycanla matçda hər hansı uğursuzluğu heç kim qəbul etməyəcək. Bu sadəcə, çox gülməli görünəcək.
- Necə düşünürsüz, Fabio Kapello “qalib heyəti dəyişməzlər” prinsipinə söykənəcək?
- Məncə, hə. Düşünürəm ki, dəyişiklik yalnız ciddi şeyin baş verəcəyi halda ola bilər.
- Cümə günü portuqallara qarşı keçirilən oyunla müqayisədə, sabahkı oyunda azarkeşin daha çox olacağını düşnmək olar?
- Əminəm ki, stadion ağzınacan dolacaq. Axı bu komandamızın bu il keçirəcəyi sonuncu matçdır və azarkeşlər yığmamızı lazımınca dəstəkləmək istəyəcəklər.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi