"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sabah Moskvada millimizlə qarşılaşacaq Rusiya yığma komandasının müdafiəçisi Vasili Berezutski ölkəsinin mətbuatına müsahibə verib.
- Azərbaycanla oyuna hazırlıq necə gedir?
- Normal. Portuqaliya ilə oyun yağış yağması səbəbindən bizim üçün heç də rahat keçmədi. Ancaq hazırda hava yaxşıdır, günəşlidir. Təbii ki, biz İspaniyada yaşamırıq. Burada hava kəskin və şaxtalı olur. Ona görə də hazırlığımızı süni örtüklü meydançada davam etdiririk.
- Bazar günü məşqində hansı hərəkətləri yerinə yetirdiniz?
- Heç nə.
- Ümumiyyətlə?
- Qısa müddətli məşq keçdim. Öncə "kvadrat" oynadıq, daha sonra qapıya zərbə ilə davam etdirdik. Ancaq bu, uzun sürmədi.
- Portuqaliya ilə oyundan sonra nə ilə məşğul oldunuz?
- Uzanıb, dincimizi aldıq.
- Komandada atmosfer necədir? Portuqaliya ilə görüşdən sonra Azərbaycanla oyuna köklənə bilmisiniz?
- Biz rəqib komandalar arasında fərq qoymuruq. Seçmə mərhələdə daha 8 oyunumuz var və biz bu görüşlərdə qələbə qazanmalıyıq. Hansısa istirahətdən söhbət belə gedə bilməz. İstirahət yalnız Azərbaycanla oyundan sonra olacaq.
- Portuqaliya ilə oyunda həddindən artıq güc sərf etdiniz. Bərpa olunmağa vaxtınız çatacaqmı?
- Digər futbolçuları deyə bilmərəm, ancaq 4-5 gündən bir oyuna çıxmaq məni qane edir. Bu, məşq etməkdən daha yaxşıdır. Bəli, Portuqaliyaya qarşı oyun çox çətin keçdi. Əsasən də birinci hissə. Ancaq ikinci hissə bir qədər rahat oldu. Ümid edirəm ki, Azərbaycanla oyuna da gücümüz yetəcək. Zənnimcə, Azərbaycan millisi 3 gün öncə oyun keçirməyib.
- Xeyr. Keçirməyib...
- Bu, pis deyil. Əgər azarkeşlər gəlib bizi dəstəkləsələr, daha asan qələbə qazanacağıq.
- Azərbaycanla oyunda azarkeşlərin "Lujniki" stadionunu doldurmağı çətin olmayacaq ki?
- Moskvada Azərbaycanın böyük diasporası var. Ümid edirəm ki, onlar sabah keçiriləcək oyunu izləməyə gələcəklər.
- Rəqib buradan xalla dönəcəyini iddia edir. Buna necə cavab verərdin?
- Mən niyə də buna cavab verməliyəm? Sabah oyunumuz var və hər kəs bunu görəcək.
- Azərbaycan millisinin ən yaxşı futbolçusunun adını çəkə bilərsən?
- Vaqif Cavadov. Biz Azərbaycan millisinin son oyunlarını izləmişik və kimin nəyə qadir olduğunu yaxşı bilirik. Ümumi götürsək, Azərbaycan millisinin heyətində ulduz futbolçu yoxdur.
- Bəs, Azərbaycan millisini kimin çalışdırdığını bilirsən?
- Bəli. Berti Foqts. Hansı ki, uzun müddətdir orada çalışır. Ancaq bu müddət ərzində Azərbaycan millisi heç bir turnirin final mərhələsinə vəsiqə qazana bilməyib. Yəqin ki, onlar inkişaf mərhələsindədirlər.
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər