Dünya onu Jimmy Jump olaraq tanıyır, amma əsl adı Jaume Marquet i Cot olan Sabadell doğumlu məşhur kataloniyalı, dünya idman və musiqi aləmində anidən meydançaya çıxmağı və hər hansı bir “ritualı” həyata keçirməyi ilə tanınıb.
Qol.Az onun haqda olan maraqlı yazını sizə təqdim edir. Əminik ki, oxuyandan sonra peşman olmayacaqsınız.
Həqiqətən də diqqət yetirdiyimizdə bir çox vacib mərasimdə Jimmy Jumpı görə bilərik. Bəzilərinə görə onun etdikləri tərbiyəsizlik, hörmətsizlik və xuliqanlıqdır. Digərləri isə bu insanı əllərində daşıyır. Jumpın hər bir şousunun altında yatan bir motiv var. Bu, ya etiraz, ya provokasiya, ya da social mesaj ola bilər. Mövzu ilə bağlı subyektiv fikir bildirmədən öncə qəhrəmanımızın həyata keçirə bildiyi ən önəmli “müdaxilələrə” göz gəzdirək.
1. 2010-cu il Dünya Çempionatı finalı: Hollandiya – İspaniya
Futbol üzrə son dünya çempionatı finalında meydançaya çıxaraq məşhur qırmızı beretkanı kuboka “geydirmək” istərkən yaxalanır. Və stadiondan kənar edilərək polisə təslim edilir.
2. 2009-cu il Fransa Açıq tennis turnirinin finalı
Fransa Açıq finalında Roger Federerə yaxınlaşaraq ona sataşmış və hər zamankı kimi qırmızı beretkasını tennisistin başına taxmağa az da olsa müəssər olmuşdu. Daha sonra tennis torunun üzərində atlayaraq mühafizəçilərə çətin dəqiqələr yaşatmışdı. Həbs olunduqdan sonra ona qarşı 12 aylıq həbs tədbiri tələb edilmişdi.
3. Eurovision mahnı müsabiqəsi 2010
Norveçdəki Eurovision müsabiqəsində ispan müğənni Daniel Diges səhnədəykən, Jump xoreoqrafiyaya özünü “daxil etmiş” və ümumi görüntünü pozmamışdı. Daha sonra müsabiqə təşkilatçıları İspaniyanın öz musiqisini bir daha ifa etməsinə şərait yaratmışdılar.
4. Figoya xatırlatma
4 iyul 2004 tarixində Yunanıstan ilə Portuqaliya arasında oynanan futbol üzrə Avropa çempionatı finalında meydançaya daxil olaraq Luis Fiqunun (Fiqu o zaman artıq “Real”a transfer olunmuşdu) üzünə “Barcelona” bayrağını fırlatmış və daha sonra bütün meydança boyunca qaçaraq özünü tora daxil etmişdi.
5. Tyerri Anriyə transfer təklifi
2006-cı ildə Çempionlar Liqasının “Villarreal”lə “Arsenal” arasında oynanılan yarımfinal oyununda meydançaya daxil olub Anriyə “Barsa” formasını vermişdi. Buna səbəb, mövsümün sonunda Anrinin “Barselona”ya transfer olacağı dedi qodularının artması və bir çox ekspertin bu transferin gerçəkləşəcəyinə əminliklərini bildirməsi idi. Jimmy bu şəkildə Anriyə dəvət məktubunu uzatmış olurdu.
6. Jimminin üzmək həvəsi
Jimmy baş verənlərlə kifayətlənən fanat olmayıb. Lazım olduğunda üzmək bacarğının olduğunu su polosu üzrə Kral Kubokunda Sabadell və Barcelona komandaları arasında keçirilən oyunda göstərib. Üçüncü periodun əvvəlində özünü Sant Andreu basseyninə ataraq diqqətləri yenə öz üzərinə çəkməyə nail olub.
7. Kristiano Ronaldoya ev sahibini xatırlatma
2010-2011 mövsümünün son “El Klassiko”nun ikinci hissənin əvvəlində meydançaya daxil olaraq öz məşhur qırmızı beretkasını Kristiano Ronaldonun üzünə ataraq meydança boyunca mühafizəçiləri arxasınca qovalamış, meydançada ziqzaqlar çəkərək onlardan sıyrılmış və yalnız meydanın kənarına gələrkən özünü tutmalarına imkan vermişdi. Bu cür insanın o cür əhəmiyyət daşıyan oyunda “Nou Kamp”a buraxılması da təəccüb doğurmaya bilməz. Bəlkə də nələrin olacağını proqnoz etmək elə də çətin deyil idi Ümumiyyətlə, onun cəsurluqlarının sayı hesabı yoxdur.
Yuxarıda ən vaciblərini və ən böyük əhəmiyyət kəsb edənləri təqdim etdik. Aşağıda sizə təqdim edəcəyimiz hadisələrin də maağınıza səbəb ola biləcəyini düşünürük:
2004-cü il Formula 1 İspaniya Grand Prisində isinmə turları öncəsində başlama xəttinin önündən qaçıb.
“Memphis Grizzlies” (NBA) ilə “Barcelona” arasında oynanan basketbol yoldaşlıq oyunu zamanı meydançaya girib.
Əmin ola bilərik ki, bu insan hələ yaşadığı müddətcə biz daha çox hadisələrin şahidi olacaq və bir azarkeş kimi ya tənqid edəcək, ya da bütün içdənliklə bu qeyri-adi insana azarkeşlik edəcəyik. “Barcelona” azarkeşləri bu insanı həddindən artıq çox sevir, hər zaman onu görmək istəyir. Diləyək ki, son “El Klasiko”da yaşananlar son olmasın.
Yuxarı
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı