Veteran futbolçu, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov Azərbaycanda keçirilən qızlar arasında dünya çempionatı ilə bağlı Qol.Az saytına müsahibə verib
- FİFA U-17 qadınlararası dünya çempionatını izləyirsinizmi?
- Belə bir mötəbər yarışın ölkəmizdə təşkil edilməsini müsbət qiymətləndirirəm. Ötən 20 gündə bu oyunları dünyanın bir çox ölkəsində izləyiblər. Bu amil ölkəmizin imici və tanınması üçün çox yaxşı fürsət oldu. Mən bu qarşılaşmaların hamısını “Eurosport” kanalı vasitəsiylə izləyirdim. Onu da deyim ki, “Eurosport” kanalı həmin oyunları Azərbaycan televiziyalarından daha yaxşı işıqlandırırdı. Milli komandamızın qızlarına öz təşəkkürümü bildirirəm ki, özlərində cürət taparaq dünya futbolunun nəhəngləriylə mübarizə apardılar. Əsas məsələ bu dünya çempionatından nəticə çıxarmaqdır. Əgər qızlarımızın gələcəkdə daha yaxşı futbol oynamasını istəyiriksə təbliğatı və nəzarəti gücləndirmək lazımdır.
- Sonuncu izlədiyiniz görüş hansı oyun olub?
- Yarımfinal qarşılaşmaları. Həmçinin qızlarımız çıxış etdiyi bütün görüşləri. Təəssüf ki, qızlarımızın belə görüşlərdə təcrübəsi çox aşağı idi. Bu da oyunlarda öz sözünü dedi. Lakin sizə deyim ki, 20 il öncə nə Avropa, nə də Afrikada qadın futbolu belə yüksək səviyyədə deyildi. Ancaq Azərbaycanda qadın futbolu SSSR-i dövründən olub. Düzdü, həmin komandada azərbaycanlı qızlar az idi. Hardasa, 2-3 nəfər. Bu günə kimi yadımdadır ki, Şəkidən çox istedadlı bir qız oynayırdı. Ancaq sonradan komanda dağıldı getdi. Biz 1995-ci ildən istəyirdik ki, qızlar arası çempionat təşkil edək. Lakin o vaxt bizi tənqid atəşinə tutdular. Çoxları deyirdi ki, qızlarımıza Fuad Musayev şortik alacaq, sən də futbol oynayacaqsan. Buna çox istehza ilə yanaşırdılar. Bəs, o zaman eyni sözləri niyə şou biznesdə açıq-saçıq geyinən qızlar haqda demirlər? Futbol oynayan qızların geyimi normaldı. Hər şey qaydasındadır. İstənilən halda hazırda bu yarışı biz keçirməyi bacardıq. Odur ki, biz qadın futbolunun inkişafı istiqamətində səylərimizi daha da artırmalıyıq.
- Oyunların neçəsinə canlı olaraq stadiondan baxmısınız?
- 3-4 görüşə. Qalanlarını televizordan izləmişəm. “Eurosport” kanalından oyunları ona görə izləyirdim ki, matçdan sonra həmin kanal bütün detallarına qədər komandaları, futbolçuları təhlil edirdi. Hansı komanda, hansı futbolçu zəif çıxış edirdisə, açıq danışılırdı. Həmçinin bizim qızların da təcrübəsinin azlığından danışıldı. Lakin bütün bunlara rəğmən qızlarımızın böyük həvəslə oynamaq istəmələrini vurğulayırdılar. Unutmaq lazım deyil ki, bizim komandanın cəmi iki yaşı var. Millidəki futbolçuların mütləq əksəriyyəti öz qızlarımız idi.
- Deməli, komandamızın qrupda sonuncu yeri tutmasını normal qarşıladınız?
- Bəli. Bəziləri deyir ki, biz Kolumbiyanı udacağıq. Mən isə bununla razılaşmırdım. Kolumbiya Cənubi Amerikada ən yaxşı komandalardan hesab edilir. Mən hətta narahat oldum ki, qızlarımızın 0:11 hesablı məğlubiyyətindən sonrakı oyunda daha böyük hesabla uduzar. Rəqib komandanın futbolçularında olan sürət bizim qızlardan sübhəsiz çox yüksək idi. Komandamızın sonuncu yeri tutması təbiidir. Çünki qeyd etdiyim kimi, bizim milli digər komandalara müqayisədə cəmi iki ildi yaranıb. Hər halda biz bu mötəbər yarışı çox uğurla həyata keçirməyi bacardıq. Əminəm ki, necə möhtəşəm açılış etmişiksə, elə də təmtəraqlı bağlanış mərasimi də təşkil edəçəyik.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər